23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Qarabağ boyda dərdi olan “mən” deyərmi? – Mətanət Əsgərqızı

 Qarabağ boyda dərdi olan “mən” deyərmi? – Mətanət Əsgərqızı

Hər zaman maraqlı statuları ilə gündəmdə olan Mətanət Əsgərqızı bu dəfə də öz feysbuk profilində status paylaşıb.

Onun statusunu olduğu kimi təqdim edirik.

Hərdən utanın…bu hiss bəzilərində qalıbsa.Bilirsiz biz niyə heç nədə qalib deyilik.Çünki bir-birimizi sevmirik.Sevsək, biri işıqlı yola çıxan kimi onu qaralamarıq. İmkan vermirik Vətən, Xalq, Dövlət, Qarabağ deyən adamlar irəli getsinlər.İndi hamı Fuad Abbasovun müdafiəsinə qalxıb.Bilirsiz içinizdə nə qədər saxtakarlar var…Haradaydız Fuad Abbasov Füzuli Məmmədovla döyüşə çıxmaq istəyəndə.

Niyə demədiz, indi yalnız birliyimiz lazımdır? Niyə demədiz “mən yaxşı oğlanam” demək zamanı deyil? Fuadın bəzi səhv hərəkətləri olanda, onu tənqid edənlərə “it hürər, karvan keçər” ifadələrinə irad tutmadız??? İndi bunlardan keçib, adamı bəziləriniz heç olmasa səmimi müdafiə edin. Mən Fuad Abbasovu tənqid edərək, dedim Birləşin.

İndi deyirəm bir jurnalist, Azərbaycan vətəndaşına qarşı olanlar qəbul olunmazdır, yanındayıq. Amma sabah yenə səhvi olacaqsa sözümü deyərəm. Biriləriniz aranı qarışdırıb, ağzınıza gələni deməkdən nəhayət vaz keçin. Fuad Abbasovu Füzuli Məmmədov sifariş verib filan…Nə edib Füzuli Məmmədov, niyə birləşib mücadilə aparmaq istəmirsiz. İmkan verin biri heç olmasa getmək istədiyi yoldan usandırdığınızdan geri dönməsin. Qarabağ boyda dərdi olan da “mən” deyərmi. Nəhayət BİZ olaq!!

Paylaşın:

Digər yazılar