Min cür sifəti olan Avropa
Yenə özlərinə yaraşanı, dildə bir, ürəkdə başqa olan Avropa Parlamenti Azərbaycana qarşı ikili standartını sərgilədi. Sosialxəbər.az xəbər verir ki, bu sözləri müstəqil jurnalist, “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri Mətanət Əsgərqızı deyib.
O, qeyd edir ki, biz 30 ildə dərdimizi, faciələrimizi beynəlxalq aləmə çatdıra bilmədik.Çünki bəzən gərəkli anları hər dəfə ötürdük. Qəbul etməsələr də gücü sərvəti ilə ölçülən bu diyarın varidatı hər zaman başına bəla oldu.Elə əsirlərdi bu sərvət uğrunda bütün dünya nə müharibələrə qalxdı. Bizdən asılı olmayan səbəblər olsa da olanlar da var.Axı biz niyə tapşırılan iş olanda ” …öncə Vətən” demirik.Oturduğumuz kresloda yalnız özümüz və ətrafımız üçün çalışırıq.Milyonları yığanlar xarici ölkədə müxlif səviyyədə olan insanlara yiğdığının 20%- ni xərcləsə deyərəm xalqdan oğurladığın halalın olsun. Çünki o on dost digər onu ilə iş aparacaq və beləliklə on dosta xərclənənlər yüzə çevriləcək.Etmirik, çünki bizə özümüz lazımıq. Dərdimizin başında bu yanaşmalar durur… Bəlkə bir müddət müxtəlif yarışma və idman oyunlarına da ” yox!” deyək..Çünki avropalı yalnız erməni kimi özünü yazıq aparanları himayə edir. Hərbi qənimətlər muzeyini də ləğv etməyimizi istəyirlər.Nə deyirik, əvvəlcə İrəvandakı qondarma soyqırımı abidəsini ləğv etdirsinlər. Azərbsycanlı əsir və girovları qaytarsınlar.Artıq Azərbaycan öz yiyəsi və ağasıdı.Diktə bu dövlət üçün keçərli deyil. Avropa Parlamenti, deyəsən səndən imtina etməyin zamanıdı!Avropa Parlamenti Azərbaycanın lehinə 607 səslə, erməni “hərbi əsirləri” və “mülki məhbusları” heç bir şərt olmadan azadlığa buraxmağı tələb edən qərar qəbul edib…Deyir əsirləri qaytar, görəsən 30 ildə erməninin başına min oyun açdığı əsir və girovlar niyə demokratiya carçılarının yadına düşmədi?
Mətanət Əsgərqızı