Azərbaycanın strateji valyuta ehtiyatlarının məbləği açıqlanıb
Bu ilin I yarısında Azərbaycanın strateji valyuta ehiyatları 1,8% artaraq 54,2 milyard ABŞ dollarına çatıb.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazimov onlayn rejimdə keçirdiyi mətbuat konfrasında bildirib.
“Profisitli tədiyyə balansı fonunda strateji valyuta ehtiyyatları artmaqda davam edir. Bu da, orta və uzunmüddətli perspektivdə valyuta bazarının tarazlığı üçün zəmin yaradır”, – deyə o, qeyd edib.
Xatırladaq ki, bu gün AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.