24.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“44 günlük müharibə haqqında film çəkmək hələ tezdir” – AYAZ SALAYEV

 “44 günlük müharibə haqqında film çəkmək hələ tezdir” – AYAZ SALAYEV

Bu gün Azərbaycan kinosunun 124 yaşı tamam olur.

Milli kinomuzun haqqında Bizim.Media ilə fikirlərini bölüşən məşhur kinoşünas, kinorejissor Ayaz Salayev Azərbaycan kinosu ilə bağlı arzularını dilə gətirib:

“Artıq 124 yaşı olan Azərbaycan kinosuna arzum budur ki, ona çiyinləri üzərində olan ağır məsuliyyəti həyata keçirə bilmək üçün imkan verilsin. Bu gün xalq və millət olaraq yeni tarixi dövrdən keçirik. Kinonun burada rolu əvəzsiz ola bilər”.

Müstəqilliyimizin ən şanlı səhifələrindən olan İkinci Qarabağ müharibəsinə aid filmlərin çəkilməməsinə gəlincə isə Ayaz Salayev bunun üçün hələ tez olduğunu söyləyib:

“44 gün ərzində Qarabağda yazılan yeni qələbə tarixi Azərbaycan kinosu adına böyük bir mövzudur. Bu baxımdan əminəm ki, biz məhz İkinci Qarabağ, Vətən müharibəsi mövzusunda gözəl əsərlər yarada biləcəyik, amma düşünürəm ki, bunun üçün hələ tezdir”.

Bizim.Media

Paylaşın:

Digər yazılar