“Bakcell” və “Nar” operatorlarının şəbəkələrində texniki nasazlıq aradan qaldırılıb
Bu gün axşam saatlarında “Nar” şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.
Bu barədə “Nar” şirkətindən bildirilib.
“Şəbəkə xidmətlərimizdə yaranan müvəqqəti çətinlik bütün ölkə ərazisində tamamilə aradan qaldırılıb. Xidmətlərimizin təqdim olunmasında yaranan fasiləyə görə abunəçilərimizdən üzr istəyirik”, – şirkətdən qeyd olunub.