Azərbaycan ordusu ədalətlidir- Mətanət Əsgərqızı
Azərbaycan ordusu ədalətlidir. İstər 2016, 2020, istərsə də 2022 – ci il sentyabr döyüşlərində nə mülki əhaliyə, nə də hərbçilərə qarşı heç bir qeyri- insani hərəkət etməyib. Nümunələr var, Azərbaycan əsgəri yaralı erməni əsgərini xilas edir. Hələ də bizim hospitallarda müalicə alırlar.
Əziz dostlar, erməni və ümumiyyətlə xarici xüsusi xidmət orqanlarının planlı şəkildə paylaşdığı zorakılıq videoları hər zaman olacaq.
“Oh, yaxşı olub” ifadələrini içinizdə yaşadın. Belə videolar haqq işimizə kölgə salaraq əleyhimizə işləyir.
Erməni qədər təhlükəli olan “özümüzünkülər” məqsədli şəkildə belə videoları paylayırlar. Həmin şəxslərin səhifələrini şikayət edin. DTX-ya məlumat verin.
Güc birlikdədir. Təkcə hüquq-mühafizə orqanları düşmən təxribatların qarşısını almamalıdır. Biz, hamımız bu oyunların qarşısını alaraq dövlətimizi, ordumuzu ləkələnməkdən qorumalıyıq. Allah Azərbaycan Xalqını, Ordusunu, Əsgərini, Müzəffər Ali Baş Komandanını qorusun!
Mətanət Əsgərqızı, “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri, YeniZamantv.az saytının baş redaktoru.