Əsgər Ailələrinə Dəstək ictimai birliyi qazilərlə görüş keçirib – FOTO
Əsgər Ailələrinə Dəstək ictimai birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Şəhid ailələri və qazilərin hüquqlarının qorunması ilə bağlı görüşlərin təşkili: TV -nın və Web-saytın yaradılması” layihəsini icra edir.
Layihənin icra müddəti 1sentyabr-1 dekabr tarixlərdir. Layihə Bakı şəhəri, Göranboy rayonu, Ağcakənd qəsəbəsində icra olunacaq. Layihədə şəhid ailələrinin və qazilərin hüquqlarının müdafiəsindən, maarifləndirilməsindən, dövlətin həssas qruplarla bağlı verdiyi sərəncam və fərmanların təbliğindən bəhs ediləcək.
“YeniZamanTV” , Web-sayt, youtube kanalı və facebook səhifəsi üzərində yaradılması ilə boşluqları doldurmağı hədəfləyən layihə icraçıları saytla bağlı fikirlərini öyrənmək üçün qazilərlə görüş keçirdi. Artıq Əsgər Ailələrinə Dəstək ictimai birliyi şəffaflıq və hesabatlılıq üçün layihəni sosial şəbəkədə canlı yayımda icra edir. Əvvəlcə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildilər.
Daha sonra layihə barədə geniş məlumat verən təşkilat rəhbəri Mətanət Əsgərqızı QHT-lərə Dövlət Dəstəyi Agentliyinə etimad göstərib dəstəklədiyinə görə minnətdarlığını bildirdi. Xüsusi qeyd edildi ki, Agentlik hər zaman qrant müsabiqələrində həssas qruplarla bağlı mütləq bölmə ayırır.O qeyd etdi ki,layihənin məqsədlərindən biri şəhid ailələri və qazilər üçün dövlətin prioritet məsələlərinin günün tələblərinə uyğun şəkildə təbliğ etməkdən ibarətdir.
“Bir çox hallarda şəhid ailələri və qazilərin haqlarının tapdandığının şahidi oluruq” deyən təşkilat rəhbəri məhz belə layihələr vasitəsi ilə həssas qruplara dəstək olunacaq. Daha sonra tədbir iştirakçılarından “Azərsu” ASC-nın Sosial şöbəsinin aparıcı mühəndisi Günay Məmmədli, qazilərdən Qabil Cabbarov, Fəxri Bayramov, Çingiz Məmmədov çıxışlarında həssas qruplara diqqət yetirdiklərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Qeyd edildi ki,belə layihələr həm də dövlətin həssas qruplara qayğısıdır. Layihə rəhbəri Mətanət Əsgərqızı qeyd etdi ki, təəssüf ki, bəzən məmurlar vəzifələrinin öhdəsindən layiqincə gəlmirlər. Qazi Çingiz Məmmədov təşkilatımıza rəsmi ərizə ilə müraciət etmişdi ki, iş yeri Baki şəhərində olsa da həyat yoldaşı Ağdam rayonunda müəllim işləyir. Onun Bakıdakı məktəblərdən birinə dəyişdirilməsinə dəstək olaq. Biz də Elm və Təhsil nazirliyi yanında İctimai Şuraya müraciət etdik.
Lakin görünür nazirlik bu İctimai Şuranı formal olaraq yaradıb. Belə olmasaydı məsələ həllini tapardı.Nəhayət qazimiz Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etdikdən sonra onun göstərişi ilə məsələ həllini tapdı.
Onda məmurlar niyə o vəzifələri tuturlar. Belə hallara qarşı hamılıqla mübarizə aparılmalı, həssas qrupların bütün problemlərinin həlli diqqətdə olmalıdır. Tədbir iştirakçıları layihəyə uğurlar diləyərək, YeniZamantv.az-da görmək istədiklərini dilə gətirdilər. Layihə rəhbəri onların arzularının nəzərə alınacağını bildirdi.Həmçinin o, tədbirin keçirilməsi üçün məkan ayırdığına görə “Azərsu” ASC-nın rəhbərliyinə minnətdarlığını bildirdi.
Tədbir çay süfrəsi ətrafında davam etdirildi.