Əsgər Ailələrinə Dəstək ictimai birliyi Ağcakənddə görüş keçirdi
Əsgər Ailələrinə Dəstək ictimai birliyi Ağcakənddə görüş keçirdi.
Əsgər Ailələrinə Dəstək ictimai birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Şəhid ailələri və qazilərin hüquqlarının qorunması ilə bağlı görüşlərin təşkili: TV -nın və Web-saytın yaradılması” layihəsinin növbəti tədbiri Ağcakənd qəsəbəsində baş tutdu. Hər görüşdə olduğu kimi burada da şəhidlərimiz anıldı.Layihə rəhbəri məlumat verərək qeyd etdi ki,layihənin icra müddəti 1sentyabr-1 dekabr tarixlərdir.
Layihə Bakı şəhəri, Göranboy rayonu, Ağcakənd qəsəbəsində icra olunur.Layihədə şəhid ailələrinin və qazilərin hüquqlarının müdafiəsindən, maarifləndirilməsindən, dövlətin həssas qruplarla bağlı verdiyi sərəncam və fərmanların təbliğindən bəhs ediləcək.
“YeniZamanTV” , Web-sayt, youtube kanalı və facebook səhifəsi üzərində yaradılması ilə boşluqları doldurmağı hədəfləyən layihə icraçıları saytla bağlı fikirlərini öyrənmək üçün qazilərlə, şəhid ailələri ilə görüşlər keçirir.
O, həmçinin vurğuladı ki,Əsgər Ailələrinə Dəstək ictimai birliyi şəffaflıq və hesabatlılıq üçün layihəni internet imkanları olduqca sosial şəbəkədə canlı yayımda icra edir.
Layihə rəhbəri Mətanət Əsgərqızı qeyd etdi ki, təəssüf ki, bəzən məmurlar vəzifələrinin öhdəsindən layiqincə gəlmirlər.
Qazi Çingiz Məmmədov təşkilatımıza rəsmi ərizə ilə müraciət etmişdi ki, iş yeri Baki şəhərində olsa da həyat yoldaşı Ağdam rayonunda müəllim işləyir. Onun Bakıdakı məktəblərdən birinə dəyişdirilməsinə dəstək olaq.
Biz də Elm və Təhsil nazirliyi yanında İctimai Şuraya müraciət etdik.
Lakin görünür nazirlik bu İctimai Şuranı formal olaraq yaradıb. Belə olmasaydı məsələ həllini tapardı.Nəhayət qazimiz Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etdikdən sonra onun göstərişi ilə məsələ həllini tapdı.
Görüş iştirakçılarından Xumar Səlimova, Mehriban Bekirova, Nəzakət İsmayılova, Nazirə Nəsirova, Arif Miriyev rəsmi ərizə ilə müraciət edərək həm şəhid ailələri olduqlarına , həm də Ağcakəndin sərt iqliminə görə kommunal xərclərlə bağlı güzəştlər olunmasını aidiyyəti qurumlar qarşısında qaldırmağımızı xahiş etdilər.
Ağcakənddə suyun istifadəyə yararsız olduğunu, pulla aldıqlarından,qazi Samir Əhnədov isə hələ də ona verilən imtiyazlardan istifadə edə bilmədiyindən şikayətləndilər.
Müharibədə olanda onu işdən də çıxardıqlarını qeyd etdi. Samir Əhmədov Talış, Ağdam, Tərtər uğrunda döyüşlərdə iştirak edib.
İctimai birlik, Layihə rəhbəri Mətanət Əsgərqızı qeyd etdi ki,bütün müraciətlərə həssaslıqla yanaşılacaq.
Layihə çərçivəsində aidiyyəti qurumlara müraciətlər olunaraq, həllinə dəstək olmağa çalışacağıq.
Daha sonra çay süfrəsi açılaraq tədbir davam etdirildi. Xatirə olaraq tədbirdə foto-video çəkildi.