Bərdə terrorunun ikinci ili – FOTO
Vətən müharibəsi zamanı Ermənistanın Bərdə şəhərində törətdiyi terror hadisələrinin ildönümü ilə bağlı “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı konfransı başlayıb.
Prezident Administrasiyası, QHT- lərə Dövlət Dəstəyi Agentliyi, Bərdə Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə yüzdən çox QHT təmsilçisi iştirak edib.
Əvvəlcə terror hadisəsi baş verən ərazidə rəsmi mərasim keçirilib.
Mərasimdə rayon rəhbərliyi, ictimaiyyət, şəhid ailələrinin nümayəndələri iştirak ediblər.
Terror qurbanları bir dəqiqəlik sükutla yad ediliblər. Çıxışlar olub.Hər kəs Ermənistanın hərbi-siyasi rəhbərliyinin 44 gündə mülki əhaliyə qarşı etdikləri insanlıq əleyhinə hərbi cinayətlərin hələ də davam etdirilməsi dünyanı bir daha bu məsələyə diqqətini yönəltmək üçün bundan sonra da xalqın birliyinin vacibliyi qeyd olunub.
Terror qurbanlarının fotoları əks olunmuş stend önünə əklillər, güllər qoyulub.Daha sonra rayon Mədəniyyət evində Müharibə cinayətləri: Mülki şəxslərə hücum Konfransı öz işinə başlayıb.
Konfransda çıxış edən QHT- lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı Direktoru Aygün Əliyeva, rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev, Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev , millət vəkili Fatma Yıldığım, Mehdi Mehdiyev və digər çıxışçılar Ermənistanın ölkəmizə qarşı apardığı hərbi cinayətlərin nəticəsi olaraq yalnız 2020- ci il 28 oktyabrda Bərdə terrorunda 28 nəfərin həlak olması, onlarla şəxsin yaralanması, onlarla obyektlərin dağıdılması erməni xislətinin sifətidi.
Konfrans iştirakçıları adından beynəlxalq təşkilatlara Bəyanat imzalanıb.