04.12.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Cəmiyyət

Hərb

Siyasət

Xəbərlər

Cəmiyyət

Araşdırma

Sosial

Sosial

Sağlamlıq

Sağlamlıq

Sosial

Ekologiya

QHT cəza çəkməkdən azad olunan gənclərin sosial adaptasiyasına ictimai dəstək verir

 QHT cəza çəkməkdən azad olunan gənclərin sosial adaptasiyasına ictimai dəstək verir

Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra etdiyi “Azadlığa bir addım – cəzaçəkmə müəssisələrindən azad olunan gənclərin reinteqrasiyasına dəstək” adlı layihəyə yekun vurdu.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli 998 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf  Strategiyası”nda nəzərdə tutulmuş əsas istiqamətlərdən biri (5.2.30)  cəzaçəkmə müəssisələrindən azad olmuş gənclərin sosial reabilitasiyası ilə bağlı kompleks tədbirlər görülməsidir. Mərkəzin cari layihəsi məhz bu istiqamətin və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun icrasına yönəlmişdir.

Layihənin fəaliyyətinin əsasını cəzaçəkmə müəssisələrində olan gənclərin azadlığa çıxışa hazırlanmasının təşkili, müəssisələri tərk edən gənclərin öz hüquqları ilə bağlı maarifləndirilməsi, onların xidmətlərə yönləndirilməsi təşkil edir. Mərkəz bu məqsədlə layihə çərçivəsində 1-ci istiqamət olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeçiliyində olan 10 Cəzaçəkmə Müəssisəsində azadlığa çıxmağa hazırlaşan gənclərlə iş aparmışdır. Təşkil olunmuş təlimlər vasitəsilə cəzaçəkmə müəssisələrini tərk etməyə hazırlaşan gənclərə azadlıqdakı hüquqi və psixoloji mühitlə bağlı geniş informasiyalar verilmişdir. Layihə iştirakçıları milli qanunvericiliyin cəza çəkməkdən azad olunmuş gəncə verdiyi hüquqlar, habelə cəmiyyətin, işəgötürənlərin onlara münasibətinin yaratdığı psixoloji gərginliklərdən çıxmaq üçün psixoloji vasitə və alətlər barədə məlumatlar əldə etmişlər.  Təlim iştirakçıları azadlıqda iş tapmaq üçün hara və necə müraciət etməyi, dövlətin ayırdığı sosial müavinətlərin alınması yollarını öyrənmişlər. Bu layihə ilə cəza çəkməkdən azad olunacaq gəncləri həm də azadlıqdakı sosial adaptasiya imkanları, onların cəmiyyətə inteqrasiyası üçün dövlətin həyata keçirdiyi proqram və layihələrdən maarifləndirdik. Maarifləndirmə işinin aparılması azadlığa çıxmağa hazırlaşan gənclərin öz hüquqlarını bilməsinə, azadlıqda olduqda özlərinin sosial problemlərinin həll olunmasına və müxtəlif xidmətlərdən istifadə etməsinə imkan yaratmışdır.

Paylaşın:

Digər yazılar