22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

QHT sədri: Bəzi məqamları etiraf etməliyik

 QHT sədri: Bəzi məqamları etiraf etməliyik

Azərbaycanda media – qeyri-hökumət təşkilatları (QHT) münasibətləri istənilən səviyyədə deyil. Bir çox hallada özünü yaxşı ifadə edə bilməyən, həyata keçirdiyi layihəyə ictimai maraq doğurmaqda çətinlik çəkən III sektorun təmsilçiləri medianın da diqqətindən kənarda qalırlar. Digər səbəblər də var.
Modern.az-ın əməkdaşı səbəbləri media və QHT təmsilçilərilə müzakirə edib.

“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, qht.az saytının rəhbəri Cəsarət Hüsynzadə deyib ki, bu gün QHT-media münasibətlərini qiymətləndirərkən eyni zamanda bu münasibətlərin keçmişinə nəzər salmaq vacibdir:

“Bu münasibətlər dünən necə idi və bu gün necədir? Ədalətli qiymətləndirmə aparmaq üçün bu vacib amildir. Mən xatırlayıram ki, biz 5-6 il öncə rəsmi və ya qeyri rəsmi görüşlərdə dəfələrlə QHT-lər üçün mediaya çıxışın, xüsusən televiziyalara əlçatanlığın olmaması ilə bağlı məsələ qaldırırdıq. Çox təəssüf ki, o zaman media siyasətinə rəhbərlik edən şəxslər müxtəlif bəhanələrlə bu məsələlərə kömək edə bilməyəcəklərin bildirirdilər. Son bir neçə ildə bu baryer aradan qaldırıldı və mən deyərdim ki, müəyyən mənada əməkdaşlığa təkan da verilir. Bir çox TV verilişlərində hər zaman dövlət qurumları və ekspertlərlə yanaşı, QHT nümayəndələrinin təmsil olunması şərt olaraq qoyulur. Məmurlar anladı ki, vətəndaş cəmiyyətinin proseslərdə iştirakı vacibdir və bu, eyni zamanda hökumətin və məmurların özünə də dvident gətirir. Sözsüz ki, hazırda da hər şeyin ideal səviyyədə olduğunu demək olmaz. Şəxsi münasibətlərin və digər qeyri-sağlam amillərin də qismən təsiri mövcuddur və bunu da etiraf etməliyik”.

C.Hüseynzadə qeyd edib ki, hazırda xeyli sayda baş redaktor və jurnalist eyni zamanda həm də QHT sədridir:

“Bu amil həmin QHT sədrlərinin öz təmsil olunduğu və ətrafında olan media orqanlarına çıxışına imkan yaradır. Bundan əlavə, QHT sektorunda olan jurnalistlər digər QHT nümayəndələri ilə yaranmış münasibətlər çərçivəsində həmin QHT-lərin də mediaya çıxışına yardımçı olurlar. Son dövrlər Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə maddi dəstəyi müqabilində müxtəlif mövzularda yazı hazırlanması öhdəliyi də QHT sədrlərinin ekspert qismində mediaya çıxışına əlavə imkanlar yaradıb. QHT-media əməkdaşlığından danışarkən bir çox tədbirlərdə problem olaraq qaldırılan məsələlərdən biri də odur ki, QHT sədrləri normal press-reliz hazırlayıb mediaya göndərə bilmir. Müxtəlif ekspertlər təklif edir ki, təlimlər təşkil edək. Amma 1 təlimlə mətbuatla iş bacarığını inkişaf etdirmək inandırıcı deyil. İndi dəb halını alıb, bəzi dövlət qurumları mütəmadi təlimlər keçirirlər. Bu təlimlərin nəticələrini araşdıran varmı? Məncə, bu amili də qiymətləndirmək lazımdır. Mən təlimlərin təşkilinin əleyhinə deyiləm”.

C.Hüseynzadə bildirib ki, jurnalistika sahəsində çalışan bəzi gəncləri QHT-lərlə əməkdaşlıq üçün təlimlərə cəlb etmək olar:

“Mənim bu məsələ ilə bağlı mövqeyim ondan ibarədir ki, bu gün QHT-lərin maliyyə resurslarının azlığı ucbatından müxtəlif sahə üzrə kadrları cəlb edə bilmirlər. O cümlədən mətbuatla iş üzrə kadrları da cəlb edə bilmirik. QHT-lər bu gün işçi heyəti saxlaya bilmir. Davamlı fəaliyyət yoxdur. Davamlı fəaliyyəti olmayan qurumda peşəkar kadr çalışmaz. Problemlərin kökündə bu amil durur. Hətta könüllülərin cəlb olunmasında ciddi problem var. Çünki könüllüləri cəlb etmək üçün ofis və texniki imkanlar vacib amildir.

Bu gün QHT-nin öz fəaliyyətini ictimaiyyətə təqdim etmək problemini deyiriksə, eyni zamanda onu da qəbul etməliyik ki, medianın özündə də bu problemlər kifayət qədərdir. Mediada ixtisaslaşma mövcud deyil, araşdırma jurnalistikası çox zəifdir”.
QHT sədri deyib ki, sahəvi jurnalistikanı inkişaf etdirmək lazımdır:“Mənim rəhbərlik etdiyim qht.az saytı 7 ildir fəaliyyət göstərir. Heç bir dövlət qurumundan 1 manat dəstək almadan bu saytı saxlamışıq. QHT sektoru da reklam gətirən sahə deyil. Fikrim ondan ibarətdir ki, biz sahəvi jurnalistikanı inkişaf etdirməliyik, qanunvericilik və praktika bu inkişafa stimul verməlidir.

Bəli, QHT-lərin ümumi fəaliyyətinin mediada işıqlandırlması ilə bağlı problemlər mövcuddur. Bunun da iki səbəbi var: Bir məqam QHT-lərin mətbuatı maraqlandıracaq fəaliyyətinin qismən az olması, öz işlərini mətbuata doğru təqdim edə bilməməsidir. İkinci məqam isə mətbuatın buna maraqlı olmaması və yaxud buna can atmamasıdır. Hesab edirəm ki, QHT-media əməkdaşlığının inkişaf etdirilməsi üçün kompleks tədbirlər görmək lazımdır. Bu kompleks tədbirlər özündə təkcə bu iki sektorun əməkdaşlığını ehtiva etməməli, hər iki sektorun sağlam inkişafını hədəfləməlidir. Dəstək alətlərinin inkişafına hər zaman ehtiyac olub. Məhz qht.az saytını yaradanda biz bu məqsədi əsas götürmüşdük. Bu portal müxtəlif funksiyaları özündə birləşdirən bir platforma olmalı idi. Təəssüf ki, bu platformanın inkişafı üçün dəstək əldə edə bilmədik”.

Paylaşın:

Digər yazılar