19.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“İndiyə qədər özümə qarşı olan sevgini zəiflədəcək heç nə etməmişəm”

 “İndiyə qədər özümə qarşı olan sevgini zəiflədəcək heç nə etməmişəm”

“Anamın vəfatından sonra 31 dekabrı ad günü kimi yox, sadəcə bayram kimi qeyd edirəm…”

“Yeni ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə oxucularınıza, xalqımıza ürəkdən təbriklərimi çatdırıram. 2023-cü il hamımıza daha çox ümid, daha çox sevinc və daha çox xoşbəxtlik gətirsin. Yeni ildə sevgi və sülh, müharibələrin, ağrıların və fəlakətlərin arxada qalmasını arzu edirəm. 2023-cü il həyatınıza unudulmaz gözəlliklər bəxş etsin”.

YeniZamantv.az  Moderator.az-a istinadən bildirir ki, bunları tanınmış modelyer-dizayner Fəxriyyə Xələfova deyib. Modelyer bu gün həm də yeni yaşına qədəm qoyduğunu bildirib.

“Mənim üçün 31 Dekabr, həm də doğum günümdür. İllər keçir, amma dəyişməyən bir şey var, o da uşaqlıq xatirələri, sevgi dolu anlar, valideynlərimin təbrikləri, yeni il şənliklərinə birgə getməyimiz və s. Bayram bayrama qarışdığından hər zaman qəlbimdə sevinirəm ki, hamının əhval-ruhiyyəsi yaxşıdır. Xüsusi olaraq doğum günümü qeyd etmirəm, ona görə ki, onsuz da bayram günüdür. Uşaqlıqda, gənclik illərimdə doğum günümü anam təşkil edərdi. Həm ailə üzvlərimiz, həm də ki, sinif, sonradan universitet yoldaşlarım üçün bütün təamları özü hazırlayardı. Onun vəfatından sonra-2017 ildən 31 dekabr tarixi mənim üçün doğum günü kimi deyil, bayram günü kimi keçir. Çoxlu sayda təbrik mesajları və zəngləri qəbul edirəm. Tanışlarım, yaxınlarım çox gözəl sözlər ifadə edirlər, xoş sözlər yazırlar, uğurlar arzu edirlər. Onu da deyim ki, təbriklərin sayı, miqdarı və coğrafiyası çox genişdir. Özümü xoşbəxt hiss edirəm. Ona görə ki, özümə qarşı olan sevgini zəiflədəcək heç bir şey etməmişəm. 2022 mənim üçün çox əlamətdar bir il oldu. Bir çox layihələrimi reallaşdıra bildim. Onların arasında  Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi olan Xan qızı Xurşidbanu Natəvan haqqında sənədli filmi ərsəyə gətirə bilməyimiz və bu filmdə onun obrazını canlandırmağım oldu. Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik şəxsiyyət olub. Növbəti ilin həm özüm, həm də ki, sizlər üçün əlamətdar olmasını arzu edirəm. Yeni ildə hər şeyin ürəyinizcə olmasını diləyirəm. Bütün arzularımız həyata keçsin. İllər keçir, amma mənim üçün dəyişməyən bir necə amil var. Vətənimə, xalqımıza və öz peşəmə olan sevgim” deyə Fəxriyyə Xələfova bildirib.

Paylaşın:

Digər yazılar