Əhaliyə XƏBƏRDARLIQ- maqnit qasırğası olacaq tarixlər açıqlanıb.
YeniZamantv.az Milli.AZ-a istinadən xəbər verir ki, aşağıdakı tarixlər barədə “Gismeteo” portalında məlumat yerləşdirilib.
Yanvarın 3-ü zəif maqnit qasırğası gözlənilir. Sonra yanvarın 4-də günəş aktivliyi bir qədər də artacaq. Güclü qasırğa isə yanvarın 7-də proqnozlaşdırılır.
Maqnit qasırğaları insanlara müxtəlif formalarda təsir edir. Meteohəssas insanlar, yaşlılar və xroniki xəstəliklərin sahibləri onun təsirinə ən çox həssasdırlar.
Qasırğanın ən çox görülən əlamətləri bunlardır: baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq.