20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Azərbaycanda ət bahalaşdı – YENİ QİYMƏTLƏR

 Azərbaycanda ət bahalaşdı – YENİ QİYMƏTLƏR

Azərbaycanda ətin qiyməti kəskin artıb. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu isə 19-20 manata satılır.

Cebhe.info xəbər verir ki, bu gün Bakı bazarlarında monitorinq aparan əməkdaşı qiymət artımının səbəbləri ilə maraqlanıb.

Satıcılar ətin bahalaşmasının bu məhsula tələbatın artmasıyla əlaqələndiriblər.

Onların sözlərinə görə, Yeni il ilə əlaqədar olaraq ət satışı kəskin artıb. Nəticədə, təkcə kəsilmiş deyil, hətta diri heyvanlar da bazara çıxarılaraq satılıb.

Satıcılar deyiblər ki, ətin bahalaşmasının digər səbəbi isə son 3 gündə rayondan Bakıya xırdabuynuzlu və iribuynuzlu heyvanların gətirilməməsidir. Bu, bazarlarda ət çatışmazlığı yaradıb.

Satıcılar bu halın müvəqqəti xarakter daşıdığını bildiriblər. Onlar qeyd ediblər ki, bayramdan sonra rayonlardan Bakıya diri heyvanların gətirilməsi qaydaya düşəndən sonra ətin qiyməti yenidən ucuzlaşacaq.

Paylaşın:

Digər yazılar