Dağlıq rayonlarda zəif qar yağacağı ehtimalı var
Ölkə ərazisində qış fəslinə uyğun olmayan isti hava şəraiti müşahidə olunur. Bəzi Avropa ölkələrində olduğu kimi ölkəmizdə də ilin ilk günlərində hava şəraiti yağmursuz keçir, cənub küləkləri üstünlük təşkil edir.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 15 dərəcəyədək isti, dağlıq rayonlarda isə 7-12 dərəcə isti qeydə alınıb. Hazırda havanın temperaturu iqlim normasından 5 dərəcəyədək yüksəkdir.