25.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Sərhəddə toqquşma olacaq” proqnozu: Ermənistan üçün daha dramatik nəticələr – TƏHLİL

 “Sərhəddə toqquşma olacaq” proqnozu: Ermənistan üçün daha dramatik nəticələr – TƏHLİL

YeniZamantv.az xəbər verir ki, nüfuzlu analitik təşkilat olan Beynəlxalq Böhran Qrupunun hesablamasına görə, 2023-cü ildə Azərbaycan-Ermənistan münasibətləri qarşıdurmaya doğru sürüklənəcək.

“Beyin mərkəzi” proqnozlaşdırır ki, bu il mümkün Azərbaycan-Ermənistan hərbi eskalasiyası 2020-ci ildəki 44 günlük müharibədən daha qısa, lakin nəticələrinə görə, daha dramatik olacaq.
Yəqin ki, Beynəlxalq Böhran Qrupu dramatiklik mənzərəsini canlandırarkən əsasən, Azərbaycan-Ermənistan sərhədlərində Bakının xeyrinə dəyişə biləcək həlledici strateji nəticələri nəzərdə tutur. Çünki analizdə Azərbaycanın üstünlükləri qabardılıb və Ermənistan ən zəif bənd kimi göstərilib.
2023-cü ildə Azərbaycan danışıqlar prosesinə öz faydalı iş əmsalını qaldırmaq üçün üstünlük verən diplomatik ritorikanın davamını gətirə bilər.
Ermənistanın bəzi sancıları isə Bakının sülh gündəminin formasını dəyişməsi ilə nəticələnə bilər.
Bakı-İrəvan danışıqları və bu müzakirələrin əhəmiyyətsiz dalana doğru gedişi Azərbaycan dövlətinin hesablamalarında risklər kateqoriyasında yer alır.
Bunu Bakıdan səslənən bəyanatlardan və İrəvandan ucalan qeyri-müəyyən səslərdən duymaq olur. Ermənistan Azərbaycandan fərqli olaraq prosesi sülhlə yekunlaşdırmağa deyil, özünə interval götürüb revanşizmə hazırlaşmaqdan ötrü istifadə edir.
Rusiyanın proseslərdəki yeri isə Ukraynadakı müharibənin gedişatları ilə dəyişir, hərçənd ki, Moskvanın Cənubi Qafqaza baxışında strateji redaktələr edəcəyini demək düzgün səslənməz.
Beynəlxalq Böhran Qrupu qeyd edir ki, Rusiyanın Ukraynada apardığı müharibəsinin əks-sədasının təsirləri xüsusilə Cənubi Qafqazda kəskinləşib.
Bu fikirdən yola çıxaraq, Cənubi Qafqazda beynəlxalq oyunçular kontekstində mərkəz Rusiya olsa da, nüfuz balansının Kremldən sürüşüb çıxması üçün Qərb tərəfindən planlar icra edildiyini deyə bilərik.
Azərbaycan isə nəhəng maraq toqquşmalarının episentrində yer almaqdan qaçır və özünü bütün tərəflərə qalib obraz kimi tanıtmaq, bundan sonra da həlledici nəticələr qazanmaq üçün güc nümayişi göstərmək zərurətini hiss edir.
Rusiya Ukraynada əzablara düçar olsa da, digər regionlar üzrə aqressiv niyyətlərini Bakıya qarşı çevirmək xəttinə getmir .
Bunun səbəbi həm Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi, həm də Rusiya ilə yaxşılaşan əlaqələridir. Bunlar Azərbaycan-Rusiya əməkdaşlıq formatına yeni xüsusiyyətlər gətirir.
Rusiya qəzəbli tonunu Ermənistana hiss etdirir, çünki İrəvanın Kremlin qucağından düşüb Qərbin ağuşuna atılması cəhdləri Moskva üçün qırmızı cizgilərin tapdalanmasıdır.
Azərbaycan Rusiya ilə Ermənistanın gərginliyindən böyük ustalıqla istifadə edir və Moskvanın dəstəkləyici formullarını alır.
Azərbaycan Qərbdən də eyni münasibət görür, hərçənd ki, Fransa əks-cəbhədə qərarlaşıb.
Qərbin digər ölkələrindən və təşkilatlarından verilən bəyanatlarda ikitirəli fikirlər olsa da, bu, Bakı ilə münasibətlərin xarakterini zədələyəcək həddə çatmır. Ukraynadakı müharibənin şiddətlənməsi ilə enerji bazarlarının laxlaması fonunda Azərbaycanın Avropanın enerji bazarlarında baş rola yiyələnir, buna görə də, Qərb Bakıya qarşı hədsiz aqressiv tərz nümayiş etdirən deyil.
Deməli, Azərbaycan-Ermənistan münasibətlərinin qurulması prosesində Rusiya da, Qərb də Bakının yanındadır, hərçənd ki, hərəsinin öz fərqli strateji məntiqləri mövcuddur.
Bakı 2023-cü ildə İrəvanın qeyri-adekvat davranışları fonunda regional və beynəlxalq konyunkturanı nəzərə alaraq münasibətlərin güc yolu ilə nizamlanmasını rəhbər tuta bilər.
Buna təkan verən 4 əsas amil:
1. Ermənistan Azərbaycanın delimitasiyaya dair tələblərini qarşılamır,
2. Ermənistan biclik edərək silahlanmaq məcrasına girməyə cəhd edir,
3. Zəngəzur dəhlizi məsələsində Bakının məntiqi ilə razılaşmır,
4. Qarabağda açıq qalan məsələlərin həllində Ermənistandan kart kimi istifadə edilməyə cəhdlər olunur.
Bakının bütün kartları – həm diplomatik-siyasi təzyiq, həm də hərbi-siyasi təzyiqlər – var ki, bu da ona xeyli üstünlük qazandırır.
Rusiya ilə Qərb arasındakı kəskinləşən maraq çarpışmaları, strateji yanaşmalarındakı sürətlə bir-birindən uzaqlaşan tezislər Azərbaycan-Ermənistan danışıqlarının dalana dirənməsində rol oynayır.
Rusiya ilə Qərbin ortaq məxrəcə gələ bilməməsi Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi yolunu batırır, Azərbaycan isə güc yolu ilə istədiyini almağı prioritet kimi ortalığa qoyur.
Paylaşın:

Digər yazılar