20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Totuya” görə Kəmalə Ağazadə Könül Qasımova üz-üzə gəldilər

 “Totuya” görə Kəmalə Ağazadə Könül Qasımova üz-üzə gəldilər

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə  “Sevgi” uşaq sığınacağında saxlanılan körpəyə əziyyət edildiyi, döyüldüyü barədə məlumat paylaşıb.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə körpənin videosunu yayaraq qeyd edib ki, hər gün onlarla sosial şəbəkə istifadəçisi “Sevgi” uşaq sığınacağı adı ilə “Instagram”da paylaşımları olan Könül adlı xanımın davranışı, uşaqlara olan münasibəti ilə bağlı müraciət edir. Döyüldüyü deyilən uşağın anası sözügedən uşaq evinin “Instagram” səhifəsinin canlı yayımına çıxaraq hadisəyə münasibətini bildirib. O, hər şeyi təkzib edərək Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə və “Səni axtarıram” layihəsinin aparıcısı Xoşqədəm Hidayətqızını vaxtilə uşağa sahib çıxmadıqlarına görə günahlandırıb. Həmçinin, onların bu məsələyə qarışmağa haqqı çatmadığını vurğulayıb.

“Sevgi” uşaq sığınacağının təşkilatçısı Könül Qasımova yeni paylaşım edib. O, sığınacağın fəaliyyətinə kölgə salan sosial media istifadəçilərini görüşə dəvət edib. Könül Qasımova “Totu” ləqəbli uşaq haqqında məlumatlar yayan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə haqqında hüquq-mühafizə orqanlarına şikayət və məhkəməyə müraciət etmək üçün sənədlərin hazırlandığını açıqlayıb. O, həmçinin, uşağın səhhəti ilə bağlı TƏBİB-in verdiyi epikrizin fotosunu yayaraq, Kəmalə Ağazadəni sərt təqid edib.

YeniZamantv.az-a  məsələ ilə bağlı   danışan Kəmalə Ağazadə bunları bildirib: “Uşağın müdafiəsinə qalxmışam. Mən əksinə, reabilitasiya istiqamətində, uşaqların xidmətində olan mərkəzlərin olmasını istəyirəm. Həm də paylaşımı dövlət orqanlarının nəzərinə çatdırmaq üçün etmişəm”.

Paylaşın:

Digər yazılar