23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Zelenski-2023-cü ilin qələbə ili olması üçün hər şeyi edirik

 Zelenski-2023-cü ilin qələbə ili olması üçün hər şeyi edirik

Ukrayna prezidenti Volodimir Zelenskinin başçılığı ilə Ali Baş Komandan Qərargahının toplantısı keçirilib.

YeniZamantv.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında məlumat verib.

“Ali Baş Komandan Qərargahının növbəti iclasını keçirdim. Valeri Zalujnı cəbhənin əsas istiqamətlərində vəziyyət barədə məruzə etdi. Kiril Budanovun raportunda təcavüzkarın yaxın dövrdə atacağı ehtimal olunan addımlar öz əksini tapmışdı. Ordumuzun texnika və silah-sursatla təminatı məsələsi yenidən işlənib hazırlanmışdır. Hərbçilərin maaşları və mükafatları məsələlərini də ayrı-ayrı müzakirə etdik. Biz 2023-cü ilin qələbə ili olması üçün hər şeyi edirik. Yaşasın Ukrayna!”, – deyə Zelenski bildirib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Paylaşın:

Digər yazılar