Ərdoğan Putin və Zelenski ilə Ukraynada nizamlanmanı müzakirə edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü rusiyalı və ukraynalı həmkarları Vladimir Putin, Volodimir Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır.
YeniZamantv.az NTV telekanalına istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
“Sabah Prezidentimiz Putin və Zelenski ilə telefonla danışmağı planlaşdırır”, – o, NTV telekanalının efirində deyib.
Kalının sözlərinə görə, Ərdoğan Rusiya Federasiyası və Ukrayna prezidentləri ilə Ukrayna böhranının nizamlanmasını müzakirə etmək niyyətindədir.