23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Azərbaycanda Rusiya ilə birgə feromon tələlərinin istehsalına başlanılacaq

 Azərbaycanda Rusiya ilə birgə feromon tələlərinin istehsalına başlanılacaq

Bu il Azərbaycanda feromon və rəngli tələlərin istehsalı üzrə Rusiya ilə birgə istehsalın işə salınması planlaşdırılır.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən yayılan xəbərə görə, layihə Ümumrusiya Bitki Karantini Mərkəzinin (FGBU VNIIKR) alim və mütəxəssisləri tərəfindən hazırlanıb.

Bu məsələ Azərbaycan nümayəndə heyətinin Rusiyaya səfəri çərçivəsində, VNİİKR Federal Dövlət Büdcə Qurumunun direktoru Yevgeni Nazinlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev arasında keçirilən görüşdə müzakirə edilib.

Danışıqlar zamanı tərəflər iki ölkənin mütəxəssisləri arasında qarşılıqlı fəaliyyət sahələrinin genişləndirilməsini, eləcə də birgə elmi tədqiqatların aparılması məsələlərini müzakirə ediblər.

Bundan başqa, VNIIKR Federal Dövlət Büdcə Təşkilatının əməkdaşlarının materialların və kolleksiyaların arxivdə saxlanması ilə bağlı təcrübəsini bölüşdükləri entomoloji fondun yaradılmasına yanaşmalar müzakirə edilib.

Qeyd edilib ki, alim və mütəxəssisləri arasında əməkdaşlığın inkişafı Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərəcək.

Paylaşın:

Digər yazılar