20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Britaniya kəşfiyyatı: Donetsdəki insident qeyri-peşəkarlığın Rusiyanın itkilərinə necə töhfə verdiyini nümayiş etdirir

 Britaniya kəşfiyyatı: Donetsdəki insident qeyri-peşəkarlığın Rusiyanın itkilərinə necə töhfə verdiyini nümayiş etdirir

Ukrayna Rusiyanın hərbi güclə ələ keçirdiyi Donetsk şəhəri yaxınlığındakı Makiyivka qəsəbəsində yerləşən məktəb binasına dekabrın 31-də raket zərbəsi endirib, nəticədə bina tam dağılıb, Rusiya Müdafiə Nazirliyi 89 rusiyalı hərbçinin həlak olduğunu təsdiqləyib.

YeniZamantv.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, dağıntının miqyası hərbçilərin qaldığı yerin yaxınlığında silah-sursat saxlanıldığını göstərir və bu, raket zərbəsi zamanı ikinci partlayışa səbəb olub.

Əlavə olunub ki, zərbə endirilən məktəb binası cəbhənin şiddətli döyüşlər gedən Avdiivka sektorundan 12.5 kilometr məsafədə yerləşir.

“Rusiyanın bu müharibədən əvvəl də silah-sursatları təhlükəli saxlamasına dair kifayət qədər qeydlər var idi, lakin bu insident qeyri-peşəkarlığın Rusiyanın itkilərinə necə töhfə verdiyini nümayiş etdirir”,- deyə Britaniya kəşfiyyatının məlumatında qeyd olunub.

Paylaşın:

Digər yazılar