20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Hüquq və İnsan Haqları İnstitutunda görüş keçirilib – FOTO

 Hüquq və İnsan Haqları İnstitutunda görüş keçirilib – FOTO

Yanvarın 5-də Hüquq və İnsan Haqları İnstitutunda yeni ildə əməkdaşlarla ilk görüş keçirilib.

YeniZamantv.az xəbər verir ki, İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə bütün kollektivi yeni – 2023-cü il münasibətilə ürəkdən təbrik edərək, əməkdaşlara uğurlar və yeni fəaliyyət istiqamətlərinə uyğun səmərəli iş arzuladı. İnstitutun qarşıda duran plan və hədəfləri barədə ətraflı məlumat verərək rəhbər hər bir şöbənin öz fəaliyyətinə müvafiq olaraq əsasnamələrinin hazırlanmasını məqsədəuyğun hesab etdi.

Tədbirdə İnstitutun İdarə Heyəti sədrinin müavinləri Natavan Rüstəmova və Üzeyir Məmmədov, həmçinin Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Ağasıyev kollektivə təqdim olundular və özləri barədə qısa məlumat verdilər. İnstitutun rəhbərliyi tərəfindən əməkdaşlara müvafiq tövsiyə və tapşırıqlar verildi. Sonda əməkdaşları maraqlandıran məsələlərə aydınlıq gətirildi və geniş fikir mübadiləsi aparıldı.

Paylaşın:

Digər yazılar