Laçın-Xankəndi yolunda etirazların 25- ci günüdür
YeniZamantv.az xəbər veriri ki, aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir insident müşahidə olunmayıb.
Aksiyaçılar günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirilməsi ilə başlayıblar.
Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, QHT təmsilçiləri, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulmasıdır.