Şarl Mişel: Rusiyanın atəşkəs təşəbbüsünə inanmıram
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiyanın atəşkəs təşəbbüsünə inanmadığını bildirib.
YeniZamantv.az xəbər verir ki, bu barədə siyasətçi tviterdə yazıb.
“Ortada bir təcavüzkar var: Kreml. Qurban var: Ukrayna xalqı. Rusiya qoşunlarının çıxarılması sülh və təhlükəsizliyə gətirib çıxaracaq yeganə ciddi qərardır. Birtərəfli atəşkəsin elan edilməsi qeyri-qanuni və qroteskli ilhaqlar və onları müşayiət edən referendumlar kimi saxta və ikiüzlülüdür”, – Şarl Mişel vurğulayıb.