Artıq Vardanyan şikayətlənir …
Xankəndidəki separatçı rejimin “dövlət naziri” Ruben Vardanyan Qarabağ sakinlərindən birinin bir neçə ton benzin aldığını, onu “əməliyyat qərargahına” ötürmədiyini, ancaq ailəsinin maşınları üçün istifadə etdiyini bildirib.
YeniZamantv.az xəbər verir ki, bu informasiya ermənilərə məxsus Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, Vardanyan “bir varlı ailənin öz əlaqələrindən istifadə edərək tətilə getməsindən” də narazı qalıb.
O, daha sonra mağaza sahiblərini ancaq qohum və tanışlarına mal paylamaqda ittiham edib.
Vardanyan yekunlaşdıraraq deyib ki, “biz hamımız bir qayıqdayıq və hər şeyi paylaşmalıyıq”.