Mehriban Əliyeva təbrik edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkənin xristian icmasını Milad bayramı münasibətilə təbrik edib.
YeniZamantv.az xəbər verir ki, Mehriban Əliyevanın instaqram hesabında yer alan təbrikdə deyilir:
“Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!”.