20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Azərbaycanın ən faciəli tarixi – 20 Yanvar

 Azərbaycanın ən faciəli tarixi – 20 Yanvar

 Hər il Azərbaycanın ən yeni tarixinin o faciəli gününü ölkə vətəndaşları dərin hörmət və ehtiramla yad edirlər.

“20 yanvar şəhid ailələrinin hüquqlarının təmin olunması” ictimai birliyi ənənəsinə sadiq qalaraq faciənin 33-cü ildönümünə həsr edilən anım mərasimi keçirib. Anım mərasimində ilk olaraq  şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

“20 yanvar şəhid ailələrinin hüquqlarının təmin olunması” ictimai birliyinin sədri Maral Qocaman anım mərasimini giriş sözü ilə açaraq bildirib ki, bu günlər respublikamızda və dünyanın bir çox ölkələrində milli faciəmiz olan 20 Yanvarla bağlı müxtəlif tədbirlər keçirilir.

Qədirbilən xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini həmişə əziz tutur. Çünki onlar Azərbaycanın yenidən öz dövlət müstəqilliyini bərpa etməsinə açılan cığır üçün böyük rol oynayıblar. Xalqımızın böyük oğlu, görkəmli siyasət və dövlət xadimi, ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra 20 yanvar hadisələri zamanı şəhid olan,yaralanan vətən övladlarına qarşı olan etinasızlığı aradan qaldırdı.

Anım mərasimində çıxış edən QHT və media nümayəndələrindən Esmira Orucova, Mətanət Əsgərqızı, Xədicə Hacılı,Billur Məmmədova çıxış edərək, həmin faciəli günlərdən bəhs edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet Ordusunun ən müasir döyüş texnikası ilə silahlanmış hissələri Bakıda çox dəhşətli və qanlı bir cinayət törətdiyini qeyd etdilər.

Öz hüquqlarının bərpası üçün küçə və meydanlara toplaşmış dinc mülki əhaliyə odlu silahlardan atəş açıldığı, xalq güllə-baran edildiyi, xüsusi təlim keçmiş əsgərlər, hətta qoca və uşaqlara belə rəhm etmirdilər. Nəticədə, həmin gecə 134 nəfər (bəzi mənbələrdə bu rəqəm 170 nəfər göstərilir) soydaşımız amansızcasına qətlə yetirildi, 700-dən çox adam yaralandı, itkin düşənlər oldu, yüzlərlə insan həbs edildi.

Sovet Ordusunun xüsusi təlim keçmiş hissələrinin Azərbaycanda törətdiyi cinayətlər yalnız Bakıda baş vermiş faciə ilə kifayətlənmədi. Yanvarın 25-də və 26-da Neftçala və Lənkəranda bir sıra cəza tədbirləri həyata keçirildi və insanlar amansızlıqla qətlə yetirildilər. Digər tərəfdən, Azərbaycan informasiya blokadasına salınmışdı. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi.

Məhz xalqımızın vətənpərvər oğlu, ulu öndər Heydər Əliyev bütün təhdidlərə baxmayaraq, yanvarın 21-də ailəsi ilə Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək Sovet Ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat verdi və faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi.

Qeyd edildi ki, 20 Yanvar faciəsinə hüquqi-siyası qiymət ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda xalqın inadlı tələbi ilə yenidən respublika rəhbərliyinə qayıtmasından sonra verildi.

1994-cü il yanvarın 5-də Ümummilli Lider müvafiq Sərəncam imzaladı. Həmin sərəncamda da faciənin respublika miqyasında geniş araşdırılıb hüquqi-siyasi qiymət verilməsi tövsiyə olunurdu. Ümummilli Liderin müvafiq Sərəncamı ilə 20 Yanvar ölkəmizdə Ümumxalq Hüzn Günü elan edildi. Heydər Əliyev tərəfindən əsası qoyulmuş müdrik siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin və bütövlükdə bu qəbildən olan şəxslərin ailələrinə dövlət səviyyəsində qayğı və köməkliyin göstərilməsi və onların sosial müdafiəsinin gücləndirilməsi üçün bütün lazımi tədbirləri həyata keçirir.

Vurğulandı ki, Azərbaycan Respublikasinin  Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin qurbanlarına və onların ailələrinə xüsusi qayğı və diqqət göstərir.

Şəhid ailələrinin nümayəndələri çıxış edərək həmin faciəli gün şahid olduqları hadisələri danışaraq bildiriblər ki, 20 Yanvar elə bir tarixdir ki, illər, əsrlər ötsə də, bu gün heç vaxt unudulmayacaq, yaddaşlardan silinməyəcəkdir. Xalqımıza qarşı bu bəşəri cinayəti törədənlər isə həmişə lənətlənəcəklər.

Tədbirin sonunda  şəhidlərin ruhuna dualar oxundu, ehsan süfrəsi verildi.

 

Mətanət Əsgərqızı

YeniZamantv.az

Paylaşın:

Digər yazılar