20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Vüqar Rəhimzadə: Prezidentin “iqtisadi və sosial sahə həmişə paralel getməlidir”fikri prioritetdir

 Vüqar Rəhimzadə: Prezidentin  “iqtisadi və sosial sahə həmişə paralel getməlidir”fikri prioritetdir

“Dövlət başçısı İlham Əliyevin 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətinin ardınca yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi Azərbaycanın 2022-ci ildə iqtisadi, siyasi, diplomatik sahədə qazandığı uğurların, eyni zamanda, qarşıda dayanan hədəflərin təqdimatı kimi dəyərləndirilir. Ölkəmizin hər ili bütün sahələrdə qürurverici uğurlarla başa vurması, daim irəliyə doğru inamla addımlayaraq yeni hədəfləri müəyyənləşdirməsi, çağırışlar səsləndirməsi  düşünülmüş və məqsədyönlü, ən əsası ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir. Dövlət başçısı İlham Əliyevin sözügedən müsahibəsində də bildirdiyi kimi, İkinci Qarabağ müharibəsindən sonra əsas hədəf şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi”.

YeniZamantv.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın iqtisadi imkanları əhalinin sosial müdafiəsinin gücləndirilməsində özünün aydın ifadəsini tapır. Yeni ilin ilk günlərindən sosial paketin təsdiqlənməsi də bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyev müsahibəsində bu məqama xüsusi diqqət çəkdi ki, iqtisadi və sosial sahə həmişə paralel getməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövlət başçısı İlham Əliyevin  bəhs etdiyimiz müsahibəsində biri-birindən mühüm məqamlar, çağırışlar, işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlar əksini tapıb ki, onların fonunda qalib Azərbaycanın bu gün dünya birliyində hansı mövqeyə malik olduğunun aydın mənzərəsini görməklə yanaşı, beynəlxalq ictimaiyyətin də bu reallıqları qəbul etməsindən böyük  qürur hissi keçiririk: “Tarixi Zəfərimizdən sonra 30 illik işğal dövründə soydaşlarımızın, doğma ərazilərimizin, köçkün vətəndaşlarımızın yaşadıqları faciələrə, çətinliklərə, sözlə ifadə edilməsi mümkün olmayan acılara baxmayaraq Ermənistana təklif edilən sülh müqaviləsindən, işğalçı dövlətin iki ildən artıqdır bu sənədin imzalanması prosesinin uzanmasında  maraqlı olmasından ətraflı danışan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev sonda  bu mesajı bir daha qarşı  tərəfə çatdırdı: “Lakin bu, masa üzərində bir müddət olacaq.”

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyev müsahibəsində Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini bir daha diqqətə çatdırdı: “Ölkə Prezidenti bildirdi ki, xarici siyasətimizin əsas istiqaməti və məqsədi beynəlxalq müstəvidə ölkəmiz üçün daha münbit şərait yaratmaqdır ki, ölkə daxilindəki proseslər müsbət məcrada davam etsin.

YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki, bütün hallarda Azərbaycan ədalətin, beynəlxalq hüququn yanındadır: “ Ölkəmiz ədaləti bərpa etmək üçün uğurlu siyasət həyata keçirir. Qərbi Azərbaycana qayıdacağımızla bağlı çağırışlar da özündə tarixi ədaləti ehtiva edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır” çağırışı Ermənistana və ona havadarlıq edən dövlətlərə tarix, hüquq, ədalət dərsidir.”

 

 

Paylaşın:

Digər yazılar