21.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Yeni elektron xidmətin təqdimatı keçirilib: Dövlət Gömrük Komitəsində Foto

 Yeni elektron xidmətin təqdimatı keçirilib: Dövlət Gömrük Komitəsində  Foto

Dövlət Gömrük Komitəsində “Şəxsi Hesab Vərəqəsi” yeni elektron xidmətinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təqdimatı keçirilib.

YeniZamantv.az  xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi Əsgər Məmmədov, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Fuad Aslanov, Komitənin aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Əsgər Məmmədov gömrük işinin səmərəli təşkili, şəffaflığın, əlçatanlığın, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində son dövrlərdə görülən işlər, tətbiq edilən yeni layihələr barədə məlumat verib.

Bildirilib ki, bu məqsədlə Komitə daxilində yaradılan işçi qrup tərəfindən Fəaliyyət Proqramı hazırlanaraq təsdiq edilib. Sənədə əsasən yaxın və orta müddətdə gömrük orqanlarının strateji hədəfləri – şəffaflığın, vətəndaş, sahibkar və işçi məmnuniyyətinin yüksəldilməsi, rəqəmsallığın genişləndirilməsi, büdcə daxilolmalarında dayanıqlılığın təmin edilməsi, güclü və güvənli hüquq-mühafizə tədbirləridir.
“Şəxsi Hesab Vərəqəsi” elektron xidmətinin də bu istiqamətdə həyata keçirilən layihələrdən biri olduğu diqqətə çatdırılıb.
Sonra Gömrük Ödənişləri İdarəsinin rəisi Tariyel Alverdiyev tərəfindən “Şəxsi Hesab Vərəqəsi” elektron xidməti ilə bağlı ətraflı məlumat verilib və videoçarxlar nümayiş etdirilib.
Qeyd edək ki, “Şəxsi Hesab Vərəqəsi” elektron xidməti idxal-ixrac əməliyyatları zamanı gömrük bəyannamələri üzrə hesablamaların, gömrük və digər ödənişlərin uçotunun vahid platforma üzərindən reallaşdırılmasına imkan verir.

Pilot variantda istifadəyə verilən yeni elektron xidmət biznes fəaliyyətinin daha səmərəli və çevik şəkildə təşkili, maliyyə-uçot sisteminin düzgün qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.
Yeni elektron xidmət xarici ticarət iştirakçılarına rəsmiləşdirmə zamanı avans gömrük ödənişlərindən istənilən gömrük orqanı və gömrük ödənişi üzrə istifadə etməyə, balans məbləğini, gömrük borcunu onlayn rejimdə izləməyə imkan verir.
Həmçinin ödənişlər barədə məlumatlar anında gömrük orqanına ötürüldüyündən rəsmiləşdirilməyə sərf olunan müddət azalır.
“Şəxsi Hesab Vərəqəsi”ndə müəyyən tarix intervalı və nömrələr əsasında gömrük bəyannamələri barədə məlumat almaq, gömrük rüsumları, ƏDV, aksiz vergisi, gömrük yığımları üzrə hesabatları da izləmək mümkündür. Bu da biznes fəaliyyətinin düzgün və səmərəli şəkildə qurulması baxımından əhəmiyyətlidir.

Məqsəd əməliyyatların rəqəmsal həllər əsasında avtomatlaşdırılması, gömrük-biznes münasibətlərində təmasın minimuma endirilməsi, asan, sürətli və çevik xidmət, maksimum məmnuniyyətdir.

Paylaşın:

Digər yazılar