22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Fərman və Sərəncamlar 1 milyon 900 min vətəndaşımızı əhatə edəcək-Sahil Babayev

 Fərman və Sərəncamlar 1 milyon 900 min vətəndaşımızı əhatə edəcək-Sahil Babayev

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə imzaladığı sərəncamlarla bağlı AzTV-yə açıqlama verib.

YeniZamantv.az xəbər verir ki, nazir son sərəncamların nə qədər insanı əhatə edəcəyini, bu məqsədlə büdcədən nə qədər vəsaitin ayrılacağını, sərəncamların icrasına başlanılacaq tarixi açıqlayıb.

Sahil Babayev əlavə edib ki, bu gün imzalanan sərəncamlar 800 mindən çox insanı əhatə edəcək.

Onun sözlərinə görə, bütün sosial islahat paketləri əməkhaqqı, minimum əməkhaqqı, dövlət sektorunda çalışan insanların əməkhaqqı seqmentlərini, pensiya seqmentini, müavinət, təqaüd, ünvanlı yardım və geniş bir spektri əhatə edir. Bu sosial islahat paketi öz əhatəliliyi ilə seçilir. Ölkə başçısının yanvarın 5-də və bu gün imzaladığı Fərman və Sərəncamlar 1 milyon 900 min vətəndaşımızı əhatə edəcək.

Paylaşın:

Digər yazılar