19.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Vətəndaşlarla ünsiyyətdə nəzakətli davranın-Vilayət Eyvazov

 Vətəndaşlarla ünsiyyətdə nəzakətli davranın-Vilayət Eyvazov
Tədbirdə çıxış edən nazir Vilayət Eyvazov ölkədə mövcud olan sabitliyin və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, ictimai asayişin ötən ildə də etibarlı qorunduğunu, əldə edilən müsbət nəticələrdə Alayın şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdırıb.
Bununla belə nazir xidmətdə müəyyən nöqsan və çatışmazlıqların da mövcudluğunu qeyd edərək, onların tezliklə aradan qaldırılmasını tələb edib.
Sonra Alay komandiri, polis general-mayoru Səhlab Bağırov hesabat dövrünün yekunları və qarşıda duran vəzifələr barədə çıxış edərək görülən işlərin nəticələri ilə bağlı məruzə edib.
Müşavirəyə yekun vuran daxili işlər naziri xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün ölkə rəhbərliyinin tapşırığına əsasən hər cür şəraitin yaradıldığını, şəxsi heyətin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu nəzərə çatdırıb.
Polisin insanların güvən yeri olduğunu vurğulayan nazir V.Eyvazov hər bir əməkdaşın qanun çərçivəsində hərəkət edərək insanların köməyinə çatmasını, onların həyati problemlərinin həllinə yardımçı olmasnı, müraciətlərinə həssaslıqla yanaşmasını, habelə, vətəndaşlarla ünsiyyətdə nəzakətli davranmalarını tələb edib. O, əmin olduğunu bildirib ki, Alayın şəxsi heyəti qarşıya qoyulan tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqsədaqətli xidməti ilə doğruldacaqdır.
Paylaşın:

Digər yazılar