DİN yanında İctimai Şura təbrik etdi
YeniZamantv.az xəbər verir ki, DİN yanında İctimai Şura Elşad Hacıyevi təbrik edib. Təbrikdə deyilir:
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və media ilə əlaqələr şöbəsinin rəisi, polkovnik-leytenant cənab Elşad Hacıyevə
Hörmətli Elşad müəllim!
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə yeni rütbə almağınız barədə kütləvi informasiya vasitələrində yayılan xəbəri sevinclə qarşıladıq.
Uzun illərdir ki, Siz polis orqanlarında fəaliyyət göstərir və bu sahənin peşəkarlarından sayılırsınız. Sizin fəaliyyətiniz hər zaman Azərbaycan polisinin müsbət reputasıyasının möhkəmlənməsinə yönəlib. İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə Daxili İşlər Nazirliyinin ictimaiyyətlə və media ilə əlaqələrinin qurulmasına məsul şəxssiniz. Vətəndaşların nazirliyə ünvanladıqları sorğu, şikayət və təkliflərin çözülməsində, operativ və dolğun cavablandırılmasında ortaya qoyduğunuz nümunə bütün cəmiyyət tərəfindən qeyd olunur və rəğbətlə qarşılanır.
Sizi polkovnik-leytenant rütbəsi almağınız münasibətlə təbrik edir, çətin və şərəfli fəaliyyətinizdə, şəxsi həyatınızda Sizə yeni uğurlar arzu edirik.
Hörmətlə,
Əliməmməd Nuriyev,
DİN yanında İctimai Şuranın sədri