20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib – FOTO

 “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib – FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi tərəfindən Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının nümayəndələri ilə birgə Mərkəzin akt zalında “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev ideyalarına sadiqik” mövzusunda tədbir keçirilib.

YeniZamantv.az  FHN-in saytına istinadən xəbər verir ki, əvvəlcə, Mərkəzin əməkdaşları Azərbaycan Respublikasının dövlət quruculuğunda əvəzsiz rolu olan, görkəmli siyasətçi, tarixi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önündə gül-çiçək dəstələri qoyaraq Dahi Rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbirdə çıxış edən natiqlər hələ sovetlər dövründə Azərbaycanda müstəqillik ideyalarının təşəkkül tapmasında, elmi və kadr potensialının yüksəldilməsində, milli zabit kadrlarının hazırlanmasında xalqımızın ulu öndəri Heydər Əliyevin misilsiz rolundan, gördüyü titanik işlərdən danışıblar. Xüsusi vurğulanıb ki, məhz Ümummilli Liderin əsasını qoyduğu mütərəqqi siyasi kursun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən böyük məharətlə davam və inkişaf etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyanın ən  qüdrətli dövlətlərindən birinə, beynəlxalq aləmdə söz sahibinə çevrilib.

Tədbirin sonunda “Sən elə bir zirvəsən” adlı videoçarx nümayiş olunub.

Paylaşın:

Digər yazılar