20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

QHT sədri Ramil İskəndərli sessiyasında iştirak edəcək

 QHT sədri Ramil İskəndərli sessiyasında iştirak edəcək

CENEVRƏ – BMT-nin Uşaq Hüquqları Komitəsi (UHK) yanvarın 16-dan fevralın 3-dək sessiyasını keçirəcək və bu sessiya zamanı İsveç, Mavrikiy, Oman, Boliviya Çoxmillətli Dövləti, Azərbaycan, İrlandiya və Yeni Zelandiyanın hökümət hesabatlarını  müzakirə edəcəkdir.

YeniZamantv.az xəbər verir ki, bu yeddi ölkə Uşaq Hüquqları Konvensiyasına və onun Əlavə Protokollarına qoşulan 196 dövlət arasındadır. Onlardan 18 müstəqil beynəlxalq ekspertdən ibarət Komitə tərəfindən Konvensiyanı, onun Fakultativ Protokollarını, habelə Komitənin əvvəlki tövsiyələrini necə həyata keçirdikləri ilə bağl hesabat vermələri tələb olunur.

Müvafiq ölkə hesabatlarını və qeyri-hökumət təşkilatlarından digər təqdimatları almış UHK ictimai dialoqlar vasitəsilə yeddi dövlətdən nümayəndə heyəti ilə bir sıra məsələləri müzakirə edəcəkdir.

Sessiyada müstəqil QHT müşahidəçisi qismində BMT-nin ECOSOC Komitəsinin xüsusi məşvərətçi statusuna malik, Azərbaycanda fəaliyyət göstərən “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli iştirak edəcək.

Bütün ictimai görüşlər mətbuata açıqdır və BMT Web TV-də canlı yayımlanır. Sessiya haqqında ətraflı məlumat, o cümlədən dövlətlər tərəfindən təqdim olunan hesabatlar və görüşlərin tam cədvəli sessiyanın internet səhifəsində yerləşdirilmişdir.

Paylaşın:

Digər yazılar