23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Ermənistanda qalan daha 26 erməni Xankəndiyə maneəsiz keçdi

 Ermənistanda qalan daha 26 erməni Xankəndiyə maneəsiz keçdi

Rusiya sülhməramlılarına məxsus avtomobillər həmişəki kimi, bu gün də Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçirlər.

Turkustan.az xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 3 təminat avtomobilinin Laçından Xankəndi istiqamətində hərəkətinə şərait yaradılıb.

Həmin avtomobillərdə olan 20-si yeniyetmə, 26 erməni Xankəndiyə keçib. Onlar Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyadan əvvəl idman yarışında iştirak etmək üçün Ermənistana gedibmişlər.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi təmin olunur. Aksiya heç də siyasi xarakter daşımır, humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

 

 

 

Paylaşın:

Digər yazılar