İranın növbəti erməni sevgisi
İrəvan meri Qraçya Sarkisyan Tehrana səfər edib.
Bu barədə “Armenpress” məlumat yayıb.
Bildirilib ki, səfər Tehran meri Əlirza Zəkaninin dəvəti ilə baş tutub.
Yanvarın 19-dək olan səfər çərçivəsində İrəvanla Tehran arasında qardaşlaşmış şəhərlər elan edilməsi haqqında saziş imzalanacaq.
Göründüyü kimi, İran Azərbaycana qarşı mümkün bütün addımlardan istifadə edir. Tehranda bu gün milyonlarla azərbaycanlı yaşayır. Ermənistanla qardaşlıq siyasəti yürüdən rəsmi Tehran ilk növbədə öz vətəndaşlarına sayğısılıq edir.