Mövlud Çavuşoğlu ABŞ-da səfərdədir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da səfərdədir.
YeniZamantv.az xəbər verir ki, nazir bu barədə nazir Tvitterdə paylaşım edib.
“Türkiyə-ABŞ Strateji Mexanizmlərinin II nazirlər toplantısını və başqa görüşlər keçirmək üçün ABŞ-dayıq”, – paylaşımda qeyd edilib.
Çavuşoğlu bu gün ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşəcək. Onların ikitərəfli və regional məsələləri müzakirə edəcəkləri gözlənilir.