22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Nankor ölkəni və nankor cəmiyyəti niyə maliyələşdirək?-İqor Korotçenko

 Nankor ölkəni və nankor cəmiyyəti niyə maliyələşdirək?-İqor Korotçenko

İndi mağazaya nar şirəsi almağa girdim: rəfdə yanaşı iki istehsalçının şirələri vardı – solda Ermənistanın, sağda Azərbaycanın.

YeniZamantv.az xəbər verir ki, bu sözləri rusiyalı rəhbi-siyasi ekspert İqor Korotçenko paylaşıb.

O bildirib ki, sağda yerləşən Azərbaycan istehsalı şirə alıb:

“Niyə? Şüşə, qablaşdırma, estetika daha estetik və cəlbedicidir. Ancaq ən əsası: Azərbaycan – düzgün ölkədir, Rusiyanın dostudur. Rusiya Federasiyasına ixrac edilən Azərbaycan məhsulları ən ciddi keyfiyyət nəzarətindən keçir.

Ermənistanda antirusiya ovqatı güclənir, Rusiya Silahlı Qüvvələrinə qarşı boş bəyanatlar səsləndirilir, İrəvan Rusiya hərbi bazasını bağlamaqla, KTMT-dən çıxmaqla hədələyir.

Buna görə də mən və digər rusiyalılar Ermənistan istehsalı məhsulları almayacağıq – nankor ölkəni və nankor cəmiyyəti niyə maliyələşdirək? Doğru demirəm?”

Korotçenko bunun reklam deyil, şüurlu seçim olduğunu da qeyd edib.

Paylaşın:

Digər yazılar