23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

QHT rəhbərinin uğurları

 QHT rəhbərinin uğurları

Hər kəs ötən illə bağlı özünə bir hesabat verir. Nə edib, hansı işləri görüb. Fəridə Hicran  ( Vəliyeva)  “Miqrasiya Proseslərinin Tədqiqi” ictimai birliyinin sədri olmaqla yanaşı, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İctimai Şuranın üzvü,Qarabağ qazisi, AMEA-nın böyük elmi işçisi, Filologiya Elmləri üzrə Fəlsəfə doktoru, Publisist yazıçı, dramaturqdur.  Ötən il Fəridə Hicran  üçün  çox məhsuldar olub.

 

2022-ci ildə gördüyü bir çox dövlət əhəmiyyətli işlərlə bərabər Xurşidbanu Natəvan haqqında yazdığı poema  ingilis dilinə tərcümə  olunub. Albaniya və Almaniyada dərc  edilib. Xurşidbanu Natəvan haqqında  pyesi Niderland  Krallığında Holland dilində tamaşaya qoyulub.  “Xurşidbanu bəyimin səcərəsi və Natəvan məfkurəsi” adlı kitab nəşr edilib. “ Xurşidbanu bəyim Natəvan” poyemasi əsasında eyni adlı sənədli film çəkilib. Film dövlət televiziyası ilə  nümayiş olunub.Bütün bu fəaliyyətlərlə yanaşı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “44 günlük Vətən Müharibəsi və tarixin zəfər səhifəsi” layihəsi ilə Hollandiyanın Den haag şəhərində görüşlər və  iki televiziya kanalında çıxışları  olub.

Onun illərlə əmək verdiyi yaradıcılığınin bir hissəsini təqdim edirik:

Kitabları

  1. Yuxu və onun rəmzləri. Bakı: Elm, 1990.
  2. Qarabağda talan var. Bakı: Gənclik, 1992, 160 səh.
  3. Azərbaycan mühacirət folklorşünaslığı. Bakı: Qartal, 2009, 175 səh.
  4. Ruhumuzun irmaqları. Bakı: Elm və təhsil, 2010, 102 səh.
  5. Yuxular-yozmalar və röyanın sirləri müdriklərimizin idrak xəzinəsində. Bakı: Elm və təhsil, 2011, 190 səh.
  6. Güzgü arxetipi folklorda. Mənim güzgülü dünyam. Bakı: Elm və təhsil, 2012, 55 səh.
  7. Qız qalası mövzusu folklorda və bədii ədəbiyyatda. Bakı: Elm və təhsil, 2012.
  8. Zinət əşyalarının mifik anlamı. Bakı: Elm və təhsil, 2013, 160 səh.
  9. Polis təhqiqatı. Bakı: Elm və təhsil, 2013, 111 səh.
  10. Tale varmı? Bakı: Elm və təhsil, 2013, 103 səh.
  11. Hekayələr, oçerklər, miniatürlər. Bakı: Elm və təhsil, 2014 (3-cü nəşr), 83 səh.
  12. Məni görməmisən. Bakı: Aspoliqraf, 2014, 136 səh.
  13. Yunus Əmrə və Folklor. Bakı. Elm və təhsil. 2018, səh.243
  14. Muxtar Auezovün hekayə yaradıcılığında folklor ənənələri, Bakı. Elm və təhsil, 2018 səh.155
  15. Mine Mengi Əski Türk Ədəbiyyatı tarixi Elm və təhsil, 2018. səh.335 (tərcümə)

Elmi fəaliyyəti

Elmi məqalələr

  1. Bəhruz Həqqi və onun Koroğlu Tarixi Mifoloji Gerçəklik əsəri
  2. “Almaniyada Azərbaycan folklorunun nəşri”
  3. “Bayatılarımızda Qarabağ qoxusu”
  4. “Məxdumqulu yaradıcılığında şifahi xalq ədəbiyyatı motivləri” ədəbi əlaqələr jurnalı,Bakı,Elm və təhsil 2014, 5 iyun, səh-154–160
  5. “Sarıqamış və Qarabağ bayatılarının bəzi ortaq özəllikləri”
  6. “Abdulla Tokay və Azərbaycan”
  7. “XIII-XV əsrlər Anadilli Türk şeirimdə Multikultural dəyərlər”
  8. “Yunus Əmrə yaradıcılığında şeir şəkillər”
  9. Fərhad və şirin invariantı və yazılı ədəbiyyat ( XIII–XV əsr türkdilli ədəbiyyata istinadən)
  10. “Quş dilin bilən Suleyman obrazı XIII əsr anadilli türk poeziyasında”
  11. “XIII-XVIII əsr anadilli türk şeirimdə eşq motivi”
  12. “XII-XV əsrlər anadilli Türk şeirimdə eşq motivi”
  13. “XIV əsr Türkdilli poeziyanın Görkəmki nümayəndələrindən olan Qazi Bürhanəddin Əhmədini yaradıcılığında eşq aləmi və folklor örnəkləri”
  14. “XIII-XV əsrlər Türk poeziyasında İlahi eşq anlamında Seyri-sülük və Salikın dərəcələri”
  15. “Qazi Burhanəddin lirikasında qiymətli daşların semantikası”
  16. “Sultan Vələd Təsəvvüf,İlahi eşq və folklor kontekstində”
  17. “Gülşəhri XIV əsr Anadilli Türk poeziyasının nümanyəndəsi kimi”
  18. “Ariflik dərəcəsinə çatmaqda eşqin rolu”
  19. “Əhməd Fakihin həyat,yaradıcılığına və mənqəbələrinə yeni bir nəzər”
  20. “Muxtar Auezovun “Abay ” romanında folklor ənənələri”
  21. “Bəxtiyar Vahabzadə yaradıcılığında Yunus Əmrə”
  22. “XIII-XV əsrlər Anadilli Türk şeirimdə Multikultural dəyərlər”
  23. “Yunus Əmrə yaradıcılığında şeir şəkillər”

Konfranslar

1.”Folklor nümunələri Yunus Əmrə yaradıcılığının qaynağı kimi” Yaşayan Yunus Əmrə Beynalxalq elmi konfransın materialları” Bakı,Elm və təhsil 2013 səh 733–742 2.”Qarabağda Beşikbaşı oyunu Ritual kimi” Ümumittifaq kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları mövzusunda Beynalxalq elmi konfransın materialları Tərtər şəhəri,14 noyabr 2014-cü il,səh 160–166

3.”XIII-XV əsrlər Türk poeziyasında təbiət təsvirləri və təbiət gözəlliklərinin ətraf mühitdə rolu “. (konfrans dok. aid Beynəl.xaricdə) Uluslararası cevre ve ahlaq simpoziumu Türkiye , Adıyaman Universiteti 24–26 oktyabr 2014

4. “Mövlana Cəlaləddin Rumi və Yunus Əmrə yaradıcılığında səsləşən məqamlar.” Çağımızda görünən orta əsrlər”Beynalxalq konfrans səh 99–103,Bakı Elm RNPM-mətbəəsi II beynalxalq elmi konfrans. 2014 səh 99–103

5. “Yunus Əmrə yaradıcılığı və “Kitabi Dədə Qorqud” dastanları arasında genetik varislik. “Kitabi- Dədə- Qorqud” və Türk dünyası Beynəlxalq elmi konfransın materialları. Bakı 2015, 29 dekabr,səh 137–142

6.”Azərbaycan Kəlaqayısı mifik inanclar kontekstində”Azərbaycan folklore nümunələrində milli mənəvi dəyərlərin təcəssümü movzusunda Respublika Elmi konfransın materialları,Bakı,3 iyun 2015,Elm və təhsil,səh 103–109

7.Yunus Əmrə və Füzuli yaradıcılığında folklor paralelliyi” Türk xalqları əbəbiyyat :——,inkişaf mərhələləri və problemləri mövzusunda Beynalxalq elmi konfrans materialları Bakı,elm təhsil 2015 1–2 dekabr səh 45–49

8.”Yunus Əmrə ilahiləri ” III Uluslararası Yunus Emre simpozyumu14–16 ekim.Manisa Türkiye Yunus Emre Belediyyesi.2016 oktyabr

9.”Bəkir Çobanzadə poeziyasında folklorizm”XV Beynalxalq elmi konfrans Bakı 2 may 2016 səh 304

10. “Hacı Bektaş Vəli şeirimdə əski,Türk inancları və folklor qaynaqları”Türkeloji elmi mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar mövzusunda Beynalxalq konfrans 14–15 noyabr 2016,Elm və təhsil nəş.səh 354

11.”Vərqa və Gülşa əsəri folklor və divan ədəbiyyatı kontekstində”Mənəvi sərvətimizin sorağında, AMEA-nın muxbir üzvü,prof. E.Səfərlinin 80 illik yubleyinə həsr edimiş Respub.elmi konfransı Bakı 2018 elm və təhsil səh .117–122

12.”XIII əsr Türk poeziyası Multikulturalizm ideyalarının bədii mənbəyidir”Bakı,4–5 dekabr 2018.Beynalxalq elmi konfransın materialları,Bakı 4–5 dekabr 2018

13.”XIII-XV əsr anadilli Türk ədəbiyyatında folklor ənənələrinin izləri və müasir dövlətçiliyimizin bu ənənələrə verdiyi qiymət”Dövlətçilik və folklor mövzusunda elmi konfransın materialları,Bakı 2018 13 noyarbr səh 162–171

14. “İlahi eşq anlamı Firudin bəy Koçərli tədqiqatlarında” Azərbaycan elminin və təhsilinin müasir problemləri mövzusunda Beynalxalq elmi konfrans materialları.Bakı Qazax 2019,Zərdabi nəsti.mmc 5203,səh 243–246

15.”Nuh Peyğəmbər obrazı XIII–XV əsr Türkdilli poeziyada”Türkiyə Anadolu uluslararası ağrı dağı və Nuhun gəmisi simpoziumu 2019. 16–18 oktyabr səh 122–12

Mükafatlar

  1. “Tərəqqi medalı”
  2. Qızıl Qələm (16 yanvar 2019)
  3. Media mükafatı laueratı
  4. Xan qızı Nətavan mükafatı
  5. Xalqın nüfuzlu ziyalısı
  6. Tərəqqi medalı
  7. İlin işgüzar xanımı (2021)
  8. Xalqın nüfuzlu ziyalısı

 

Paylaşın:

Digər yazılar