20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Vüsalə Hüseynli: Avropa Parlamentinin qəbul etdiyi qətnamə onun Avropa dəyərlərini unutduğuna işarədir

 Vüsalə Hüseynli: Avropa Parlamentinin qəbul etdiyi qətnamə onun Avropa dəyərlərini unutduğuna işarədir

vropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycanla bağlı həqiqətləri əks etdirməyən məlumatlar yer alıb. Bu qətnamə ilk deyil, bundan əvvəl də ötən ilin mart ayında Avropa Parlamentində guya Azərbaycanın Qarabağda erməni mədəni irsini dağıtdığına dair, hətta digər ərazilərində də eyni addımların atıldığına dair yalan məlumatları özündə əks etdirən bir sənəd qəbul edilib. Təbii ki, qəbul edilən sənədin həqiqət yükü olmadığı kimi, hüquqi yükü də mövcud deyil.

YeniZamantv.az  AZƏRTAC-a istinadən  xəbər verir ki, açıqlamasında siyasi ekspert Vüsalə Hüseynli deyib.

Belə yanaşmaların Azərbaycanla Avropa Birliyi arasında inkişaf etməkdə olan münasibətlərə kölgə saldığını vurğulayan ekspert əlavə edib: “Eyni zamanda, qəbul edilən qətnamə bir daha Avropa Parlamentinin dünyaya yaydıqları Avropa dəyərlərini unutduğuna işarədir. Çünki 30 ilə yaxın müddətdə Azərbaycan işğala məruz qalmış ölkə kimi Avropa Parlamentinin Ermənistana yönəlik bir qətnaməsinin şahidi olmadı. Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur bölgəsinin işğal olunması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum olunması, eləcə də münaqişənin 25 ildən artıq həll olunmaması barədə bir kəlmə belə deyilmədi. Halbuki, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların qəbul etdikləri çoxsaylı sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi daim öz əksini tapıb”.

 

V.Hüseynli onu da vurğulayıb ki, bu gün Avropa Parlamentinin özünün müzakirəsini gözləyən xeyli problemləri var. Maraqlıdır ki, bir neçə il öncə Ukrayna dövlətinin Krımın su ehtiyacını dayandıranda, Avropa Parlamenti bunu susqunluqla izlədi. O zaman heç bir deputatın yadına belə sənəd qəbul etmək düşmədi. Hazırda isə, Fransada gedən proseslər, Avropada islamofobiya ilə bağlı mövcud vəziyyət yetərlidir ki, Avropa Parlamenti Avropa İttifaqı daxilində olan problemləri müzakirə etsin. Ancaq görürük ki, bu dərəcədə ciddi bir məsələ kənara qoyulub və heç bir əsası olmayan, reallığı əks etdirməyən məsələlərlə bağlı müzakirələr təşkil edilir və Azərbaycanla bağlı böhtan xarakterli sənəd qəbul edilir.

Ekspertin sözlərinə görə, son zamanlar Azərbaycan Prezidentinin səfərləri və apardığı görüşlər, Davos Forumundakı təqdimatı bir çoxlarının narahatçılığı ilə müşahidə olunub ki, bunun ardınca sifarişli bəyanat özünü gözlətməyib.

Paylaşın:

Digər yazılar