22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Düşməni başa düşmək olar, bəs öz içimizdə olanlar?

 Düşməni başa düşmək olar, bəs öz içimizdə olanlar?

YeniZamantv.az Bayraqdar.infoya istinadən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sədri Nadir Azərinin yazısını ixtisarla təqdim edir.

33 il bundan öncə də belə idi

Yazımıza başlayanda heç də təsadüfən “33 il bundan öncə də belə idi” ifadəsini işlətmədik. Məsələ burasındadır ki, 33 il öncə olduğu kimi bu gün də Vətən uğrunda mübarizəyə qalxanlara düşmən münasibət bəsləyənlər var. Biz bunu artıq 40 gündür ki, davam edən aksiyaya münasibətdə də görürük.

Söhbət Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə imkan yaradılmasını tələb edən azərbaycanlı könüllü gənclərin və ekoloqların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyasından gedir.

Artıq 40 gündür ki, aksiya davam edir

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmadı. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar, gənclər, o cümlədən QHT nümayəndələri Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başladılar.

Tələb bəllidir: “Ekoterrora son!”, “Təbiəti qoruyaq!”, “Mina terroruna son!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”.

Düşməni başa düşmək olar, bəs öz içimizdə olanlar?

Göründüyü kimi bu aksiya Azərbaycan xalqının haqlı tələblərinin müdafiəsinə xidmət edir və heç bir zorakı xarakter daşımır. Onu da xüsusi olaraq qeyd edək ki, ərazi humanitar məqsədlər üçün açıqdır. Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus maşınlar hər iki istiqamətdə sərbəst hərəkət edə bilirlər. Lakin ermənilər, onların xarici havadarları bu aksiyaya başqa don geyindirmək üçün dəridən-qabıqdan çıxırlar. Əslində, onları başa düşmək olar. Çünki düşməndən bundan artıq mövqe gözləmək yersizdir.

Ancaq təəssüflər olsun ki, 33 il əvvəl olduğu kimi, indi də xalqın müqəddəs ideyaları uğrunda mübarizəyə qalxanları hədəfə alanlar arasında “sapı özümüzdən olan baltalar” da var. Belələri bu müqəddəs aksiyaya “qrant böhtanı” ilə kölgə salmağa çalışırlar. Lakin anlamırlar ki, yuxarıdakı tələblərin yerinə yetirilməsi üçün təşkil etdiyimiz aksiyaya görə bizə qrant lazım deyil.

Çünki bu iftiranı yaxanlardan fərqli olaraq Vətən üçün mübarizə aparmaq hər birimizin borcudur.

Çünki biz Ana Vətən deyirik. Deməli Vətənimizi müdafiə etmək, elə Anamızı müdafiə etməkdir.

Paylaşın:

Digər yazılar