23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

İlham İsmayıl: Ermənilər istəyir Fransa XİN-in deyil, Makronun qabağını kəssinlər

 İlham İsmayıl: Ermənilər istəyir Fransa XİN-in deyil, Makronun qabağını kəssinlər
Laçın yolundakı dinc aksiyanın formasında dəyişikliklər etmək, ekoloji tələblərlə yanaşı keçmiş Dağlıq Qarabağda etnik təmizləməyə məruz qalmış azərbaycanlıların doğma yurdlarına qayıtması tələbi ilə paralel olaraq qaçqınların da etirazını təşkil etmək məqsədəuyğundur.
YeniZamantv.az xəbər verir ki, bu fikirləri Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl söyləyib.
Bu etiraz, ermənilərin “etnik təmizləmə” hay-küyünün ən azı neytrallaşdırılmasına, eyni zamanda əsil sərvət olan insanlarımızın doğma yurdlarına-Azərbaycan Respublikasının ərazisinə qayıtmasının bizim yaxın hədəfimiz olduğuna xidmət etmiş olar.
Bizim nümayəndə heyətinin monitorinq keçirməsinə indiyədək imkan verməyən separatçılara nəyisə güzəştə getmək bizim üçün geridönməz ağır nəticələrə gətirib çıxara bilər. Bir ovuc düşmən hər gün güzəşt etməməkdə israrlı olduğunu və olacağını vurğulayırsa və bununla da “blokada” dediklərinə özləri səbəb olduqlarını bilib geri çəkilmirlərsə, güclü və qalib dövlət heç vaxt geri çəkilməyəcək. İstəyir Fransa XİN-in deyil, Makronun qabağını kəssinlər, istəyir Ağ Evin yolunu kəsib Amerika prezidentinə mane olsunlar.., biz mövqeyimizdə qalmalı, haqlı olduğumuz üçün davam etməli, hələ sərtliyimizi yüksəltməliyik.
İlham İsmayıl
Paylaşın:

Digər yazılar