23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Hulusi Akar-“Quran” yandırmağın cəzası – FOTO

 Hulusi Akar-“Quran” yandırmağın cəzası – FOTO

Türkiyə Milli müdafiə naziri Hulusi Akarın İsveç müdafiə naziri Pal Jonsonun Türkiyə səfərini ləğv etməsi İsveçdə böyük əks-səda doğurub

Danimarkanın ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quran yandırmağa icazə verməsi Türkiyənin sərt reaksiyasına səbəb olub.

YeniZamantv.az xəbər verir ki, İsveç polisinin qalmaqallı əmələ icazə verdiyi açıqlandıqdan dərhal sonra İsveçin Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

İsveç müdafiə naziri Pal Jonson da rəsmi sosial media hesabından açıqlama verərək Ankara səfərinin təxirə salındığını bildirib: “Türkiyə ilə əlaqələrimiz İsveç üçün çox önəmlidir. Dünən Almaniyanın Ramşteyn şəhərindəki ABŞ hərbi bazasında türkiyəli həmkarım Hulusi Akarla görüşdüm. Ankarada keçirməyi planlaşdırdığımız görüşü sonraya təxirə salmaq qərarına gəldik. Türkiyə ilə əlaqələrimiz İsveç üçün çox vacibdir. Biz ümumi təhlükəsizlik və müdafiə məsələləri üzrə dialoqun daha sonra da davam etdirilməsini səbirsizliklə gözləyirik”.

Türkiyənin çirkin təxribata qarşı qəti mövqeyi və ardıcıl sərt reaksiyaları İsveç gündəmində əks-səda doğurub. 

 

İsveçin Dagens Nyheter qəzeti Hulusi Akarın qərarını oxucularına bu sözlərə çatdırıb: “Hulusi Akar yanvarın 27-də Ankara səfirliyi qarşısında keçiriləcək “anti-Türkiyə” nümayişlərinə görə İsveç müdafiə naziri Pal Jonson ilə görüşünü ləğv etdi. Nazir İsveçdən nümayişləri dayandırmağı xahiş edib və onun hərəkət etməməsini qəbuledilməz hesab edir”.

SVT kanalı isə qərarı “Pal Jonsonun Türkiyəyə getməsinə icazə verilmir” başlığı ilə açıqlayıb. İsveç mətbuatı Türkiyənin Qurani-Kərimin yandırılmasına icazə verilməsinə qəzəbləndiyini və bu səbəbdən müdafiə nazirinin ziyarətinə icazə vermədiyini bildirib. (musavat.com)

Paylaşın:

Digər yazılar