20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn satışa çıxarılan mənzilləri bron etmiş şəxslərin nəzərinə!

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn satışa çıxarılan mənzilləri bron etmiş şəxslərin nəzərinə!

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yanvarın 23-də saat 10:00-dan ms.sosial.gov.az portalı üzərindən onlayn satışı başlanan mənzillərdən artıq böyük hissəsi bron edilib.

 

Nazirlik mənzilləri bron etmiş şəxslərin nəzərinə çatdırır ki:

 

• bron etdikləri vaxtdan 10 gün ərzində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən onların hər biri ilə fərdi qaydada əlaqə saxlanılacaq və mənzilin alqı-satqı vaxtı və yeri barədə onlara məlumat veriləcək;

 

• portalda seçdiyi mənzili bron etmiş şəxs tərəfindən həmin mənzilin dəyəri tam ödənilərək notarial qaydada alqı-satqı müqaviləsi imzalanacaq;

 

• alqı-satqı prosesi bitdikdən sonra mənzil həmin vətəndaşın mülkiyyətinə veriləcək;

 

• bir mənzili 3 şəxs bron edə bilər, əgər ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdikdə və ya onunla alqı-satqı prosesi baş tutmadıqda, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçəcək.

 

Xatırladaq ki, satışa çıxarılan mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında yerləşir.

 

Hər biri çıxarışlı və tam təmirli olan mənzillər istifadə olunmayıb və onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.

 

Hər kəs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər.

 

Mənzillərin portal üzərindən satışı bu il iyulun 1-dək davam edəcək.

 

Yayımlanmış videotəlimatda (https://www.youtube.com/watch?v=FdY-CV9RwIw) portaldan istifadə etməklə mənzilin onlayn qaydada alınması və satışı qaydası barədə ətraflı məlumat əldə etmək olar.

Paylaşın:

Digər yazılar