23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Peşə-Əmək Reabilitasiya Mərkəzində ötən dövrdə 2600 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib

 Peşə-Əmək Reabilitasiya Mərkəzində ötən dövrdə 2600 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində 2022-ci ildə 603 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib.

 

Onlardan əlilliyi olan 420 gənc komputer istifadəçisi, komputer dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, aşpaz köməkçisi, xalçaçılıq, rəssamlıq, kulinariya və s. peşə hazırlığı kurslarında olub. Digərləri isə sosial reabilitasiya xidmətləri ilə təmin edilib.

 

Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar.

 

Hazırda Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində 212 nəfərin peşə və sosial reabilitasiya kursu davam edir.

 

İndiyədək ölkəmizin bütün bölgələri üzrə 2600 gənc həmin mərkəzdə peşə və sosial reabilitasiya kursu keçib.

Paylaşın:

Digər yazılar