23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin hesabatı verilib

 “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin hesabatı verilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirir.

YeniZamantv.az xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı Rahu Şirinova, Agentliyin icraçı direktoru Aygün Əliyeva, Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova, “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin qalibləri, layihə rəhbərləri və media nümayəndələri iştirak edirlər.

​ Konfrans Şəhidlərinin   xatirəsinin  bir  dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Agentliyin İcraçı direktoru Aygün Əliyeva mətbuat konfransınının məqsədi haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələrək, ötən il Agentlik “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsini elan etmişdir. Qrant müsabiqəsinə 227 qeyri-hökumət təşkilatı tərəfindən layihə təqdim olunub, onlardan 22  layihənin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib. Qalib gələn layihələr əsasən Şuşanın tədqiqinə həsr olunan layihələr, eyni zamanda bloggerlərin, müxtəlif beynəlxalq tədbirlərin iştirakçılarının Şuşa şəhərinə səfərlərinin təşkili, Şuşada düşərgələrin keçirilməsi, xarici ölkələrdə “Şuşa İli”nə həsr olunan müxtəlif formatlı tədbirlərin, elmi konfransların keçirilməsi və təbliğat xarakterli işlərin görülməsi əks olunub. Bu günkü  mətbuat konfransının  məqsədi həmin layihələr çərçivəsində görülən işlərin hesabatını medianın diqqətinə çatdırmaqdır.

​  “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin nəticələri haqqında film təqdim olunub.

Təqdimatdan sonra “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin qalibləri, layihə rəhbərləri icra olunmuş layihələrlə bağlı jurnalistlərin suallarını cavablandırıblar.

Çıxış edən Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova layihə qaliblərinin Qarabağ Dirçəliş Fonduna ianə etmələrini müsbət hal kimi qiymətləndirərək bildirib ki, bu təşəbbüsün dəstəklənməsi, həyata keçirilməsi doğma Qarabağımızın yenidən bərpasına xidmət edəcək . İnanıram ki, vətəndaş cəmiyyətinin nümayəndələri bu prosesdə yaxından iştirak etməklə Qarabağımız bərpası prosesinə öz töhfələrini verəcəklər. Agentliyə Fond tərəfindən ianə sertifikatı da təqdim olunub.

Mətbuat konfransına şəhid övladlarının ifasında “Qəhrəman övladıyıq” kompozisiyası ilə yekun vurulub.

Paylaşın:

Digər yazılar