22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Finlandiya Xarici İşlər Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib-“Azərsu” ASC-də

 Finlandiya Xarici İşlər Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib-“Azərsu” ASC-də

Yanvarın 25-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Finlandiya Xarici İşlər Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

 

 

 

“Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov qonaqlara Azərbaycanda su sahəsində həyata keçirilən layihələr haqda məlumat verib. Azərbaycanda su ehtiyatlarının 70 faizdən çoxunun transsərhəd çayları hesabına formalaşdığı, iqlim dəyişikliklərinin həmin çaylarda sululuğun azalmasına səbəb olduğu qonaqların diqqətinə çatdırılıb. T.Cabbarov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illərdə ümumi məhsuldarlığı saniyədə 19 kubmetrdən çox olan 44 yeni su mənbəyi yaradılıb, 54 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılıb. Artıq bu şəhərlərin 33-də həm su, həm də kanalizasiya, 13-də isə su layihələrinin icrası yekunlaşıb.

 

 

Finlandiya Xarici İşlər Nazirliyinin su məsələləri üzrə eksperti Yuho Haapala Azərbaycanla yanaşı Cənubi Qafqazın digər ölkələrinə də səfər edəcəklərini, transsərhəd çayları ilə bağlı vəziyyəti öyrənəcəklərini qeyd edib. Finlandiyanın transsərhəd çaylarla bağlı bir çox layihələri dəstəklədiyini qeyd edən qonaq Qafqaz regionunda bu təcrübənin tətbiqinin region ölkələri üçün əhəmiyyətli olacağını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Paylaşın:

Digər yazılar