20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Hərbi hissədə yanğınla bağlı saxlanılanlar var-Ermənistanda

 Hərbi hissədə yanğınla bağlı saxlanılanlar var-Ermənistanda

Ermənistanın Qeqarkunik vilayətindəki hərbi hissənin binasında baş vermiş və 15 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı briqada komandirinin təminat üzrə müavini, polkovnik-leytenant Qor Aqekyan saxlanılıb.

YeniZamantv.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi sədrinin mətbuat katibi Qor Abramyan məlumat verib.

Qeyd olunub ki, Qor Aqekyanla bağlı istintaq araşdırması aparılır və o hazırda İstintaq Komitəsinin binasındadır.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan, Qeqarkunik vilayətinin Azat kəndində yerləşən N saylı hərbi hissədə baş vermiş yanğın zamanı 15 nəfər hərbçi ölüb, 7 nəfər çoxsaylı yanıq xəsarətləri alıb.

Paylaşın:

Digər yazılar