Qarabağdakı ekoloji vəziyyətə dair müzakirələr keçiriləcək-Milli Məclisdə
Milli Məclisdə Qarabağ iqtisadi rayonunda ekoloji vəziyyətə dair müzakirələr keçiriləcək.
YeniZamantv.az xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2023-cü il iş planına daxil edilib.
Müzakirələr ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə baş tutacaq.