22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Samir Feyruzov: Ölkədə hüquq aliminium teli kimi bir şeydir

 Samir Feyruzov: Ölkədə hüquq aliminium teli kimi bir şeydir
Erkin Qədirli hüququn fəlsəfəsini dərindən bilən şəxsdir. Azərbaycanda ikinci belə bir adam tanımıram. O, ağılsız adam deyil, nə dediyini bilir.
YeniZamantv.az xəbər verir ki, bu barədə öz feyzbok səhifəsində tanınmış jurnalist, siyasi analitik Samir Feyruzov yazıb:
Şübhəsiz ki, onun məlum çıxışının hüquqi və mənəvi tərəfləri var. İndi xeyli sayda insan E.Qədirlini ittiham edərək onun dediklərinin hüquqi cəhətdən doğru olmadığını bildirirlər. Amma hər kəs bilir ki, ölkədə hüquq aliminium teli kimi bir şeydir, istədikləri tərəfə əyib düzəldirlər. E.Qədirlini ittiham edən deputat həmkarlarının heç biri onun qədər hüquqi savada malik deyillər. Yəni, o ağzından çıxan ifadənin hüquqi məsuliyyətini də dərk edir. Bəs, indiki məqamda o, niyə belə bir ifadə işlədib? Məncə, təsadüf deyil.
Digər tərəfdən, necə olur ki, deputatlar hər cür saxtakarlığı edirlər, Konstitusiyanın maddələrini bir-bir ayaqları altına atıb tapdalayırlar, bu zaman hüquq yada düşmür, amma o, bir kəlmə söz deyib deyə hamısı əlinə qılınc alıb hücuma keçiblər.
Məsələnin mənəvi tərəflərinin isə müzakirə edilməsinin qətiyyən tərəfdarı deyiləm. Çünki ölkədə bütün mənəvi dəyərlər aşılanıb.
Hesab edirəm ki, E.Qədirliyə qarşı total hücumları dayandırılmalıdır! Onun səsləndirdiyi ifadə həm də daxilən təmiz və vicdanlı insan olduğunun göstəricisidir. O, bir söz deyib, kimlər özlərinə götürübsə, başlayıblar danışmağa… E.Qədirlinin mandatdan imtina etməsi üçün səsləndirilən çağırışlar isə ədalətsiz çağırışlardır. Öncə günahlarınızı, cinayətlərinizi düzəldin, daha sonra bu haqda düşünərsiniz. Zamanında E.Qədirlini mən də tənqid etmişəm, amma ölkədə barmaqla sayılacaq qədər belə insan var, o, sözünü bütün mənalarında ziyalıdır. Ziyalı adı ilə bu millətə soxuşdurulan natamam insanları hədəfə alsanız, daha yaxşı olar.
Və ən nəhayət… E.Qədirliyə hücum edən deputatların narahatlığını əsas səbəbi budur: Onlar bilirlər ki, növbəti parlament seçkiləri 2025-ci ildə keçirilməyəcək, ölkədə növbədənkənar seçki olacaq və bunların bir çoxusunu süpürləyib bayıra atacaqlar. Parlamentin indiki tərkibi torpaqlarını işğaldan azad edən bir ölkənin strateji hədəflərinə cavab vermir.
Paylaşın:

Digər yazılar